Son Xəbərlər
Sabah Bakıda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə
Yanvar ayına olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi
Azərbaycanda hərbi xidmətə çağırış yaşının yuxarı həddi azaldılıb.
Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinə "Azərbaycanın Milli
Xırdalanda kişi özünü körpüdən atıb. Liderxeber.az xəbər verir ki, hadisə
Rusiya Prezidenti Vladimir Putin dekabrın 29-da Azərbaycan Prezidenti İlham
AZAL-ın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində
banner

Azərbaycan - Özbəkistan əlaqələri yüksələn xətlə inkişaf edir

25 avq 2023, 16:22
Azərbaycan -  Özbəkistan əlaqələri yüksələn xətlə inkişaf edir

Bu gün doğma Qarabağımızda həyata keçirilən quruculuq işlərində qardaş ölkə kimi Özbəkistanın dəstəyini əsirgəməməsi türk birliyinin bariz nümunəsidir.

Otuz ilə yaxın müddətdə Azərbaycanın əzəli və hüquqi torpaqlarının 20 faizini zorla işğal edib, orada dünyada misli görünməmiş dağıntılar, vandalizm, terror əməlləri törədən Ermənistanın siyasi rəhbərliyinin əməlləri bu gün faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Tarixi zəfərimizdən sonra azad edilmiş və minalardan təmizlənmiş ərazilərimizə səfər edən beynəlxalq ictimaiyyət nümayəndələri gördükləri mənzərə qarşısında donub qalırlar. Ərazilərimizə səfər edənlər eyni zamanda paralel olaraq aparılan abadlıq-quruculuq işləri ilə tanış olaraq, qısa zaman kəsiyində görülən işlər qarşısında öz heyrətlərini gizlədə bilmirlər. Çox sevindirici haldır ki, işğaldan azad edilən torpaqların bərpası işlərində Ölkəmizlə yanaşı dost və qardaş ölkələrin dövlət və özəl qurumları da iştirak edirlər.

Azərbaycan hazırda siyasi və iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoyub. Bu, işğaldan azad edilən ərazilərin yenidən qurulması və inkişafında da özünü tam göstərir. “Böyük Qayıdış” proqramına əsasən öz dədə-baba yurdlarından didərgin düşmüş vətəndaşlarımız bu ərazilərə qayıdırlar. 

Qeyd edək ki, Türk Dövlətləri Brliynə  üzv ölkələr də işğaldan azad olunmuş ərazilərin bərpasında aktiv iştirak edirlər. Dost və qardaş Özbəkistan Respublikası da bərpa prosesində Ölkəmizə öz töhfəsini verdi. Ölkə Prezidenti cənab İlham Əliyev 22 avqust tarixində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatada bu məsləyə xüsusi toxundu: “Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsi. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Bu amil qardaşlıq, həmrəylik və dəstək jestidir. İnşa olunmuş məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq”.

Ölkəmizdə rəsmi səfərdə olan dost və qardaş ölkənin Prezidenti Şavkat Mirziyoyev  və xanımı Ziroatxon Mirziyoyeva Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə birlikdə Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak edərək dünyaya dostluq, qardaşlıq, sülh mesajı verdilər. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev açılış mərasiomində: “Bu Qələbə üçün qardaşımın çiyninə çətin vəzifələr düşdü. Amma bu vəzifələr onun ədaləti və həqiqəti bərpa etmək üçün göstərdiyi bütün səylərin nəticəsidir ki, qardaşım Qarabağda Qələbə qazandı. Bu Qələbəni ancaq Vətəninin böyük övladı, xalqını sevən belə müdrik Prezident qazana bilər. Belə bir Prezident qardaşımızın varlığından qürur duyuruq” deyərək ölkələrimiz, xalqlarımız, liderlərimiz arasındakı münasibətlərin səviyyəsini nümayiş etdirdi. Bəli, bu gün doğma Qarabağımızda həyata keçirilən quruculuq işlərində qardaş ölkə kimi Özbəkistanın dəstəyini əsirgəməməsi türk birliyinin bariz nümunəsidir.

Gülmalı Əsgərov;
Neftçala rayon sakini, Şəhid atası