Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

“Coke Studio ilə Xəzər Festivalı” Sumqayıt və Bakıya gəlir

18 avq 2023, 13:48
“Coke Studio ilə Xəzər Festivalı” Sumqayıt və Bakıya gəlir

Coca-Cola-nın əməkdaşlığı ilə baxımlı telekanallardan olan Xəzər TV ölkədə ilk dəfə Coke Studio ilə birgə təşkil etdiyi “Xəzər Festivalı” çərçivəsində növbəti konsertlər Sumqayıt və Bakıda keçiriləcək.  

Natavan Həbibi, Hiss, Nigar Camal, Cin, Azad Şabanov, Könül Kərimova kimi ölkənin məşhur sənətçilərinin çıxış etdiyi konsert 19 avqust Sumqayıt, 23 avqust isə Bakıda təşkil olunacaq. Saat 20:00-da start götürəcək konsertlərə giriş sərbəstdir. 

Coca‑Cola şirkətinin Avrasiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya direktoru Elşad Fərzəliyev bildirib ki, insanların Festivala böyük marağı var: 

“Festival çərçivəsində artıq iki konserti geridə qoymuşuq və növbəti konsertlərə hazırlaşırıq. Sevindirici haldır ki, insanlar konsertlərdən xoş əhval-ruhiyyəylə ayrılırlar. Əsl musiqi möcüzəsinin yaşandığı festivalın növbəti konsertlərində Sumqayıt və Bakı sakinlərini gözləyirik”.

Hər konsertdə musiqi ab-havasında Coke Zone da təşkil olunur. 

Xatırladaq ki, Festival çərçivəsində bundan əvvəl Gəncə və Qəbələ şəhərlərində konsertlər təşkil edilib. 

Qeyd edək ki, Coca-Cola şirkəti fəaliyyət göstərdiyi ölkələrdə musiqinin və əyləncənin bir parçasına çevrilir. Coca-Cola Azərbaycanda da “Musiqi 2023” kampaniyası, “Coke Studio ilə Xəzər Festivalı” festivalı və digər musiqili, əyləncəli tədbirlər keçirir.