Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Zəfər Günü əfv sərəncamı olacaqmı?

11 avq 2023, 16:14
Zəfər Günü əfv sərəncamı olacaqmı?

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.

Zəfər Günü ərəfəsində məhkum edilmiş bir sıra şəxslərin əfv edilməsi ilə bağlı Prezident Sərəncamının olacağı barədə iddialar var.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc LiderXəbər-ə açıqlamasında bildirdi ki, hələ ki, dövlət başçısı tərəfindən əfv sərəncamı verilməyib.

"Prezident Yanında Əfv Komissiyası bununla bağlı müraciətlərə baxır və müvafiq siyahı dövlət başçısına təqdim olunur" - deputat qeyd etdi.

Z.Orucun sözlərinə görə, bu il Zəfər Günündə əfv sərəncamının imzalanması istisna edilmir. Azərbaycan xalqının Zəfər Günündə əfv sərəncamının imzalanması humanist addım kimi təqdirəlayiq hesab edilə bilər.