Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Parkinq "mafiyası" hücuma keçdi: AzParking əməkdaşları döyüldü - VİDEO

07 avq 2023, 18:14
Parkinq "mafiyası" hücuma keçdi: AzParking əməkdaşları döyüldü - VİDEO

Bu gündən etibarən Bakı şəhəri üzrə parklanma qaydalarında yeniliklər tətbiq olunub. Belə ki, artıq vətəndaşlar AzParking mobil tətbiqindən istifadə etməklə parklama üçün online şəkildə ödənişlər edəcəklər. Lakin elə ilk gündən problemlər ortaya çıxıb. 

LiderXəbər xəbər verir ki, ekspert Elməddin Muradlı sosial şəbəkə hesabında bu barədə məlumat verib. Ekspert bildirib ki, illərdir qanunsuz olaraq parklanma üçün ödənişlər alan "mafiya" bu gün bir neçə yerdə AzParking əməkdaşlarına hücum edib və onları döyüblər. Belə ki, əlillər və qazilərin adından istifadə edən bu şəxslər əməlli-başlı quldurluq edir. Hesablamalara görə aylıq ən azı 1 milyon manatdan çox gəlir əldə edən bu şəxslər yeni sistemə qarşı çıxaraq qanunsuz yollarla qazandıqları pulları itirmək istəmir. Ən maraqlısı isə bu işdə əlillər və qazilərin adından sui-istifadə hallarıdır. Polis bu şəxslərə qarşı mübarizə aparanda belə əlavə problemlər çıxır. Xüsusi "Whatsapp" qrupu vasitəsilə əlil və qazilər döyüş yoldaşlarının problemi olduğunu və yığışmaq "əmri" verilir. Heç nədən xəbəri olmayan qazilər isə bu işdə alət olduqlarının fərqinə varmırlar. 

Ekspert bildirib ki, bu şəxslərə qarşı ciddi mübarizə tədbirləri həyata keçirilməlidir. Çünki hər ay dövlət büdcəsindən kənar pullar şəxsi cidəblərə gedir. 

Yeni sistem isə şəffaflığı təmin etmək üçün yaradılıb. Odur ki, vətəndaşlar nağd olaraq kimlərəsə pul verməməli və bu şəxslərə qarşı mübarizədə aktiv iştirak etməlidir. 

Ətraflı olaraq videomaterialda: