Son Xəbərlər
Sabah Bakıda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə
Yanvar ayına olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi
Azərbaycanda hərbi xidmətə çağırış yaşının yuxarı həddi azaldılıb.
Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinə "Azərbaycanın Milli
Xırdalanda kişi özünü körpüdən atıb. Liderxeber.az xəbər verir ki, hadisə
Rusiya Prezidenti Vladimir Putin dekabrın 29-da Azərbaycan Prezidenti İlham
AZAL-ın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində
banner

Fermerlər üçün maarifləndirici tədbir keçirilib

04 avq 2023, 15:03
Fermerlər üçün maarifləndirici tədbir keçirilib

Biləsuvar rayonunda “Şoran, şorəkət və duzlu torpaqlarda qeyri-ənənəvi bitkilərin becərilməsinin əhəmiyyəti” mövzusunda seminar keçirilib

Kənd Təsərrüfatı Nazirliyi, Biləsuvar Rayon İcra Hakimiyyəti və Dövlət Aqrar İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Şoran, şorəkət və duzlu torpaqlarda qeyri-ənənəvi bitkilərin becərilməsinin əhəmiyyəti” mövzusuna həsr edilən seminar keçirilib.

Seminarda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin məsul əməkdaşı Şükür Əhmədov, Biləsuvar DAİM-in direktoru Nurəddin Quliyev, ƏETİ-nin direktor müavini Şikar Əhmədov, laboratoriya müdiri Sevil Abbasquliyeva, bir qrup fermer və toxumçuluqla məşğul olan sahibkarlar iştirak edib.

Seminar zamanı bu bitkilərin gələcəkdə rayonda becərilməsinin ərzaq istehsalı və heyvandarlığın yem bazasının möhkəmləndirilməsində böyük əhəmiyyəti olacağı vurğulanıb. Mütəxəssislər tərəfindən əkin sahələrinə baxış keçirildikdən sonra bu bitkilərin unundan hazırlanmış çörək dequstasiya olunub.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu (ƏETİ) uzun müddətdir ki, şoran, şorəkət və duzlu torpaqların yaxşılaşdırılması, səhralaşmanın qarşısının alınması istiqamətində genişmiqyaslı elmi-tədqiqat işləri aparır.

Bölgələrdə duzadavamlı bitkilərin hərtərəfli öyrənilməsi məqsədilə aparılan tədqiqatlar aqrar sahə mütəxəssisləri və fermerlərin diqqət mərkəzindədir. Bu baxımdan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə ünvanlanan rəsmi müraciətindən sonra Biləsuvar rayonunda “Aqropark Yaşıl Ada” kompleksində duzlu,  şoran və şorəkət torpaqlarda yüksək və keyfiyyətli məhsul verərək həm də torpaqların yaxşılaşdırılması, qiymətli ərzaq, yem və təbii texniki vasitə kimi qiymətləndirilən və bu məqsədlə becərilən kinoa və amarant bitkisi (2 növ) əkilib.