Son Xəbərlər
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
banner

Cənubi Qafqazda tamamilə yeni mənzərə formalaşmaqdadır

04 avq 2023, 10:25
Cənubi Qafqazda tamamilə yeni mənzərə formalaşmaqdadır

Ölkə Başçısı cənab İlham Əliyev Euronews kanalına müsahibəsi zamanı bir daha dünya ictimaiyyətinin diqqətinə Azərbaycanın regionda əbədi sülhün təmin edilməsində ən maraqlı tərəf olduğunu çatdırdı.


Tarix boyu Azərbaycan yerləşdiyi geoplotik məkanda hər zaman əbədi sülhün bərqərar olmasında maraqlı tərəf olub. Ölkəmizin heç vaxt qonşu xalqların, dövlətlərin ərazisində gözü olmayıb. BMT prinsiplərinə uyğun olaraq dünya ölkələrinin dövlət sərhəddlərinə hörmətlə yanaşıb. Lakin Azərbaycan sərgilədiyi bu ədalətli  mövqeyə qarşı heç də hər zaman adekvat münasibət görməyib. Bədnam qonşumuz olan Ermənistan zaman-zaman Ölkəmizə qarşı torpaq iddiaları ilə çıxış etmiş və hamımıza bəlli olduğu kimi 30 ilə yaxın bir dövrdə torpaqlarımızın 20 faizini işğal altında saxlamışdır. Xüsusi vurğulamalıyıq ki, Azərbaycan süni şəkildə yaradılmış bu problemin həllində daim sülhün tərəfində olmuş,  bütün müzakirələr zamanı torpaqların sülh yolu ilə geri qaytarılmasına çalışmış və beynəlxalq birliyi buna çağırmışdır. Ancaq zaman göstərdi ki, düşmən bu münasibəti dəyərləndirə bilmədi. Nəinki dəyərləndirmədi, hətta bir az da irəli gedərək daha böyük iddialarla yaşamağa başladı. Bütün bunlar sonda problemin həllində alternativ yola, hərb yoluna keçilməsini qaçılmaz etdi.

Əlbəttə ki əks-hücumla başlanan Vətən Müharibəsinə beynəlxlaq aləmin münasibəti birmənalı deyildi. Bəzi qüvvələr tez bir zamanda müharibənin dayandırılması üçün Azərbaycana təzyiqlər etməyə başladı. Amma Azərbaycan xalqını bu haqq işindən heç bir qüvvə yayındıra bilməzdi və belə də oldu. 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan düşmənin silahlı qüvvələrini darmadağın etdi və onu diz çökməyə, kapitulyasiyaya imza atmağa məcbur etdi. Bu gün Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti ilə Qarabağı işğaldan azad edən Azərbaycan Ordusunun hərbi taktikası, hərbi gedişləri dünya hərb tarixində yeni bir səhifə açıb, araşdırma predmetinə çevrilib. Cənab İlham Əliyev bu gün bölgədə əbədi sülhün və təhlükəsizliyin ən böyük qarantına çevrilib. Azərbaycan savaşdan qalib ayrılan dövlət olaraq məğlub olan tərəfə öz sülh əlini uzadıb. Ermənistan bu təklifi dəyərləndirsə regionda əbədi sülhün, sabitliyin bərqərar olmasından danışmaq olar. Bilirik ki, bu gün sadə erməni xalqı sülh razılaşmasının tərəfdarıdır. Ancaq Ermənistanda hakimiyyətdə olan və onlara havadarlıq edən bəzi xarici dairələr yenidən müxtəlif vasitələrlə təxribata əl atmağa cəhd edirlər. İnanırıq ki, istənilən halda Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa məcbur olacaqdır.

Çünki Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü qəbul edir. Hər ptən gün sülhün mümkünlüyündən bəhs edirlər. İstənilən halda sülh bölgəyə əminamanlıq gətirəcəkdir. Əlbəttə ki, bu vəziyyət acınacaqlı vəziyyətdə olan Ermənistana daha çox lazımdı. Bu günlərdə nüfuzlu “Euronews” televiziya kanalına müsahibə verən Müzəffər Ali Baş Komandan Ölkəmizin daxili və xarici siyasəti barədə danışarkən beynəlxalq dairələrin bu gün əsas maraq dairəsində olan Azərbaycan-Ermənistan münasibətləri və regionda baş verənlər haqqında ətraflı, dolğun və mükəmməl şəkildə bəhs etdi. Bütün qeyd edilən fikirləri ümumiləşdirərək deyə bilərik ki, artıq Qarabağ regionunda, Cənubi Qafqazda tamamilə yeni mənzərə formalaşmaqdadır.

Mürsəl Qəfərov;
Neftçala rayon ağsaqqalı