Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Neftçalada yeni yollar qurulur

03 avq 2023, 13:17
Neftçalada yeni yollar qurulur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 aprel 2023-cü il tarixli Sərəncamına əsasən yenidən tikintisinə başlanılan on beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikintisi ilə əlaqədar görülən işlərə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov yerindəcə baxış keçirib və görülən işlər haqqında məlumat verilib.

Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikintisi ilə tanış olan RİH-in başçısı görülən işlərlə əlaqədar müvafiq tövsiyyə və tapşırıqlarını verib.

Məlumat üçün bildiririk ki, Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikinti layihəsinin uzunluğu 42 km, eni 10 m, hərəkət hissənin eni 6 m olmaqla 2 hərəkət zolağından ibarətdir. Layihənin icrasına 2023-cü ilin may ayından başlanılıb və 38 km hissədə torpaq yatağının genişləndirilməsi, bərkidilməsi, suvarma kanalları üzərində suötürücü boruların istinad divarlarının beton üzlüklə üzlənməsi,  Qaçaqkənd və Qırmızkənd  avtomobil yolunun üzərindəki körpülərin genişləndirilməsi, körpülər üzərində piyada səkilərinin tikintisi və yeni məhəccərlərinin quraşdırılması işləri yerinə yetirilib. Hal- hazırda  Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun əsas qatının çınqıl materialı ilə bərkidilməsi işləri görülür.