Son Xəbərlər
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
banner

Coca-Cola Azərbaycanın bol hədiyyəli musiqi kampaniyası davam edir

03 avq 2023, 13:15
Coca-Cola Azərbaycanın bol hədiyyəli musiqi kampaniyası davam edir

Coca-Cola Azərbaycanın 1 iyunda start verdiyi yayın əyləncəli kampaniyası “Musiqi 2023” davam edir.

“Musiqi 2023” kampaniyası istehlakçılara minlərlə möhtəşəm hədiyyə qazanma şansı təqdim edir.

Hazırda davam edən və 24 avqustda yekunlaşacaq kampaniyada iştirak etmək üçün 0.5 L həcmində olan “Coca-Cola Classic”, “Coca-Cola Sıfır Şəkər”, “Fanta Portağal” və “Sprite” məhsullarının gümüşü qapaqlarının altındakı promo kod ilə qeydiyyatdan keçmək kifayətdir.

Gümüşü qapağın altındakı unikal kodu 2 vasitə ilə qeydiyyatdan keçirmək olar:
•           Kodu “7676” nömrəsinə SMS vasitəsilə göndərmək,
•          music.coca-cola.az internet saytı vasitəsilə qeydiyyatdan keçmək.

Coca-Cola şirkətinin Avrasiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya direktoru Elşad Fərzəliyev bildirib ki, kampaniya 8-ci həftəsini tamamlasa da, istehlakçılar  kamapaniyada iştirak üçün ilk gün olduğu qədər aktiv və həvəslidirlər:

“Şadıq ki, “Musiqi 2023” kampaniyası cəmiyyətdə rəğbət formalaşdıra bilib. Hər gün bazamıza minlərlə iştirakçı əlavə olunur. Artıq tamamlanmış 8 həftədə minlərlə insan hədiyyə qazanıb. Düşünürəm ki, kampaniyamızda olan dəyərli hədiyyələr bir çox insan üçün bu yayı unudulmaz edir”.

Kampaniyanın ilk 6 tirajında Almaniyada “Lollapalooza” musiqi festivalına iştirak üçün bilet uduşu da oynanılıb. Artıq seçilmiş 24 nəfər qalib sentyabr ayında Almaniyaya yola düşəcəklər.

Xatırladaq ki, iştirakçılar hər tirajda 500 ədəd brendinqli səsgücləndirici, 150 ədəd brendinqli qulaqlıq, 20 ədəd Apple homepod mini-ağıllı səsgücləndirici, 10 ədəd Apple Airpods, 5 ədəd Apple Iphone 14 128 GB olmaqla ümumilikdə 8,232 hədiyyə qazanmaq şansı əldə edirlər.

Qeyd edək ki, bundan əvvəl Coca-Cola Azərbaycan ötən yay “Musiqi 2022” kampaniyasını həyata keçirmişdi. Coca-Cola Azərbaycanın kampaniyaları barədə daha ətraflı məlumatla coca-cola.az saytında tanış ola bilərsiniz.