Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Hərbi Prokurorluq Daxili Qoşunlarla birgə Ulu Öndərin 100 illik yubileyi münasibətilə tədbir keçirib

31 iyl 2023, 16:31
Hərbi Prokurorluq Daxili Qoşunlarla birgə Ulu Öndərin 100 illik yubileyi münasibətilə tədbir keçirib

Hərbi Prokurorluq Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarla birgə Ulu Öndərin 100 illik yubileyi münasibətilə tədbir keçirib.

Hərbi Prokurorluqdan bildiriblər ki, DİN-in Daxili Qoşunlarının Ali Hərbi Məktəbində keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Hərbi prokurorunun müavini Mehdi Hüseynzadə və Hərbi prokurorunun böyük köməkçisi Firad Əliyev, Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi İlqar Məmmədov və digər çıxışçılar tarixi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs ediblər. Çıxış edənlər müstəqillik yolumuzu və firavan gələcəyimizi işıqlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan Ulu Öndər Heydər Əliyevin şərəfli və mənalı ömründən danışıblar, onun çoxşaxəli və zəngin fəaliyyətindən, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən söz açıblar.

Çıxışçılar Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə zamanın tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ilə yaxın müddətdə ölkəmizdə görülmüş misilsiz işlərə də toxunublar. Həyata keçirilən hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunan uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların qazanılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da dəstəyindən və xalqın əzmkarlığından danışıblar.

Çıxışlarda, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi Qələbə xüsusi vurğulanıb, Vətən müharibəsindən, o dövrdə prokurorluğun, həmçinin Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən Daxili Qoşunlarla qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, qürur dolu 44 günün unudulmaz təəssüratları xatırlanıb.