Son Xəbərlər
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək
"Azəriqaz" İstehsalat Birliyi (İB) məhkəməyə müraciət edib.
Azərbaycanda noyabrın 27-də hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir.
Bakıda bir neçə marşrut xətləri üzrə elektrik mühərrikli avtobuslar fəaliyyətə
"Gələn ilin yanvar ayından etibarən Bakının 20 Yanvar dairəsindən
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp vəzifələrinin icrasına
Ali Məhkəməsi kredit müqaviləsindən irəli gələn tələblər üzrə kredit
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 740,6 milyon ABŞ dolları dəyərində
Bu gün Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turuna start veriləcək.
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir. Liderxeber.az
banner

"Tullantısız Azərbaycan" tədbiri keçirilib

28 iyl 2023, 15:31
"Tullantısız Azərbaycan" tədbiri keçirilib

Coca-Cola şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EcoHub” qeyri-kommersiya platformasının birgə əməkdaşlığı ilə "Tullantısız Azərbaycan" adlı tədbir keçirilib. 

Tədbirdə Coca-Cola şirkətinin Tullantısız Dünya proqramı çərçivəsində Azərbaycanda plastik tullantıların toplanması və təkrar emalını təşviq edən layihələrin nəticələri təqdim edilmiş, bu istiqamətdə görüləcək yeni təşəbbüslər haqqında məlumat verilmiş və ekoloji layihələrə fəal dəstək olan şirkətlər mükafatlandırılmışdır.

Təqdimat çərçivəsində Coca-Cola şirkətinin Avrasiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr Direktoru Elşad Fərzəliyev çıxış edərək şirkətin qlobal "Tullantısız Dünya" strategiyasına uyğun olaraq Azərbaycanda icra olunan layihələr barədə məlumat verib və bu layihələrin icrasında səmərəli əməkdaşlıq edən tərəfdaşlara öz təşəkkürünü bildirmişdir:

“Coca-Cola Azərbaycanda tullantıların azaldılması və qabaqcıl beynəlxalq təcrübəyə əsasən idarə olunmasını özünü sosial-ekoloji siyasətinin prioritetlərindən biri kimi görür. Bunun üçün biz həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), tərəfdaş şirkətlər və ictimai təşkilatlarla geniş əməkdaşlıq edirik. ETSN-lə birgə dəstək olduğumuz “Xəzəri Qoruyaq!”, “Təmiz Ölkəm”, “HoReCa Collection”, “Sıfır Tullantı” kimi bir sıra layihələr nəticəsində Bakı və bölgələrdə plastik tullantıların yığımı və təkrar emalı təşkil edilmiş, əhali arasında geniş maarifləndirmə işi aparılmışdır. Bu istiqamətdə tərəfdaşlığı genişləndirməyin vacib olduğunu hesab edirik və Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EcoHub” ekoloji platforması ilə yeni layihəyə başlayacğımıza çox şadıq”. 

Daha sonra Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev  çıxış edərək tullantıların düzgün idarə olunması sahəsində təkrar emal fəaliyyətinin dəstəklənməsinə maraq və diqqət göstərən bütün tərəfdaşlara təşəkkürünü bildirib. 

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi tullantıların idarə olunması sahəsində özəl şirkətlərlə mütəmadi olaraq əməkdaşlıq əlaqələrini daim davam etdirir. “Coca-Cola”, “Carlsberg Azərbaycan”, “Unilever” kimi bir sıra aparıcı şirkətlər, eləcə də ADA Universiteti ətraf mühitin mühafizəsi sahəsində görülən tədbirlərdə, ekoloji layihələrdə daim öz dəstəyini göstərib. 

Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə görüşündə  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti tərəfindən "Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə” imzalanıb və bu istiqamətdə artıq işçi qrup yaradılıb, tədbirlər planı layihəsi hazırlanıb. Biz böyük məmnuniyyətlə bu sahədə də sizlərin dəstəyini və əməkdaşlığını görmək istərdik. Ümid edirəm ki, belə bir tədbirin keçirilməsi ətraf mühitin mühafizəsi sahəsində tullantıların idarə olunmasına və təkrar emal sahəsinin inkişaf etdirilməsinə öz töhfəsini verəcək”.

Daha sonra nazir müavini və Coca-Cola Azərbaycanın baş direktoru Rəna Məmmədova ekoloji layihələrdə fəal iştirak və dəstəyinə görə özəl şirkətlərə, dövlət qurumlarına, media nümayəndələrinə mükafatlar təqdim edib. 

Mükafatlandırılanlar sırasında PAŞA Bank,  Bakcell, Carlsberg Azerbaijan, PAŞA Malls, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, ADA Universiteti Fondu, “Təmiz Şəhər” ASC, Holcim Group, Norm ASC, AZƏRTAC və AzEkol MMC yer alıb.

Tədbir zamanı "EcoHub" ekoloji platforması tərəfindən 2022-ci il üzrə keçirilmiş layihələrin ümumi hesabatı və yeni layihənin fəaliyyət planı ictimaiyyətə təqdim edilib. Plastik tullantıların azaldılması və təkrar emalının təşviqi məqsədilə iri ticarət mərkəzlərinin parkinq hissələrinə plastik toplama qutularının yerləşdirilməsi, tullantıların çeşidlənərək toplanmasını təşviq edən EkoApp mobil tətbiq haqqında məlumat verildi.

Qeyd edək ki, Coca‑Cola şirkəti Azərbaycanda yaşıllıq zolaqlarının mühafizəsi və bərpası, çimərlik və şəhərdaxili ərazilərin tullantılardan təmizlənməsi, əhalinin təkrar emala təşviqi məqsədilə Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə müxtəlif ekoloji layihələr həyata keçirir.

"EcoHub" ekoloji platforması "Daha yaxşı ətraf mühit, daha yaxşı gələcək” şüarı ilə ekoloji davamlılığı dəstəkləməkdə mühüm rol oynayır. Coca-Cola şirkəti ilə uzun müddətdir ki, əməkdaşlıq edən EcoHub Azərbaycanda müxtəlif ekoloji layihələrdə icraçı tərəfdaş kimi səmərəli fəaliyyət göstərir.