Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Şuşa Qlobal Media Forumunda ikinci sessiya başlayıb

22 iyl 2023, 17:13
Şuşa Qlobal Media Forumunda ikinci sessiya başlayıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Qlobal Media Forumunda "Mediada investisiya və istehlak tendensiyaları" adlı ikinci sessiya başlayıb.

LiderXəbər xəbər verir ki, sessiyada müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması mövzusuna toxunulub.

Tədbirdə yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak ediblər.

"Economyfirst Limited London" şirkətinin direktoru Klaus Jürgens, TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, jurnalist, media meneceri, məruzəçi Bora Bayraktar, Serbiya parlamentinin keçmiş direktoru, Strateji Araşdırmalar Forumunun təsisçi və prezidenti Neven Cveticanin mövzular barədə ətraflı danışıblar.

Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Tədbirdə, həmçinin 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.

Forum işini iyulun 23-də yekunlaşdıracaq.