Son Xəbərlər
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
banner

Coca-Cola Azərbaycan məzunların yanındadır

18 iyl 2023, 15:05
Coca-Cola Azərbaycan məzunların yanındadır

Coca-Cola Azərbaycan uzun illərdir əməkdaşlıq etdiyi Bakı Dövlət Universitetinin Məzun Gününə dəstək olub.

Bakı Dövlət Universitetinin 5500-dən çox məzununun və müəllim heyətinin iştirakı ilə Gimnastika Arenasında təşkil edilən Məzun Günündə Coca-Cola Azərbaycan Music Promonu əhatə edən səhnə qurub və canlı musiqi ilə tədbirə dəstək olub.

Coca-Cola şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya direktoru Elşad Fərzəliyev bildirib ki, şirkət məzunların yanında olmaqdan məmnundur:

“Coca-Cola Azərbaycan artıq bir neçə ildir ki, Bakı Dövlət Universitetinin məzun gününün sponsoru olur və gənclərin sevimlisi olan Coca-Cola məhsulları ilə tədbirə töhfəsini verir. Bu il isə həm də kampaniya çərçivəsində  musiqi səhnəsi qurulub. Burada məzunlara əsl musiqi möcüzəsi bəxş edilib. Azərbaycanın ən nüfuzlu universitetlərindən olan Bakı Dövlət Universitetinin məzunlarının sevincinə qoşulmaq bizi qürurlandırır. Məzunlara gələcək həyatlarında və karyeralarında uğurlar arzulayırıq”.

Qeyd edək ki, Coca-Cola İçecek-in (CCI) 2030-cu ilə qədər müəyyənləşdirdiyi Davamlı İnkişaf Öhdəliklərinə uyğun olaraq bu ilin yanvar ayında Coca-Cola Azərbaycan Bakı Dövlət Universiteti (BDU) ilə tərəfdaşlıq memorandumu imzalayıb. Memorandum universitet tələbələrinin yerli və beynəlxalq tədbirlərdə iştirak miqyasını genişləndirməyi, onların qida sənayesi sahəsində elmi tədqiqatlar aparmasını və yeni texnologiyaların işlənib hazırlanmasında birgə fəaliyyət göstərməyi nəzərdə tutur.

Xatırladaq ki, Coca-Cola-nın Music Promo kampaniyası artıq ikinci ildir Azərbaycanda keçirilir. Bu il 24 avqusta qədər davam edəcək kampaniyada iştirak etmək üçün 0.5 L həcmində olan “Coca Cola Classic”, “Coca Cola Sıfır Şəkər”, “Fanta Portağal” və “Sprite” məhsullarının gümüşü qapaqlarının altındakı promo kodu music.coca-cola.az internet saytında qeydiyyatdan keçirmək kifayətdir. Kampaniyada ümumilikdə 8,232 hədiyyə nəzərdə tutulub.