Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Kəmaləddin Heydərov ermənilərin oğurladığı mahnısından danışdı

17 iyl 2023, 13:46
Kəmaləddin Heydərov ermənilərin oğurladığı mahnısından danışdı

Xəbər verdiyimiz kimi, ermənilər bu dəfə Xalq artisti Aygün Kazımovanın “Səndən nigaranam” mahnısını oğurlayıblar. Tiqran Asatryan adlı ifaçı mahnını oxuyaraq “Andzrev” adı ilə yutub kanalında yerləşdirib. O, müəllifin adını isə qeyd etməyib.

LiderXəbər-in məlumatına görə, məsələ ilə bağlı mahnının müəllifi, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Manset.az-a açıqlama verib. O, açıqlamasında fikirlərini belə ifadə edib:

“Onlar tək mahnı oğurlayırlar? Hər şeyi oğurlayırlar. Bu məsələ ilə bağlı heç bir hüquqi addım atmayacam. Onlar kimdir ki, biz onlara baş qoşaq”.

Qeyd edək ki, bəstənin sözləri Baba Vəziroğlu, musiqisi isə Kəmaləddin Heydərova məxsusdur. Mahnını Özbəkistanın Xalq artisti Nəsibə Abdullayeva, Xalq artistləri Brilliant Dadaşova, Aygün Kazımova və başqaları oxuyub. 2006-cı ildə Aygün Kazımova mahnıya yeni nəfəs verərək remiks versiyasını Türkiyədə keçirilən “The Best Model Of The World” dünya gözəllik müsabiqəsində dinləyicilərə təqdim edib.