Son Xəbərlər
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya
Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli
Günəş vurması isti havada qısa gəzinti zamanı belə hər kəsin başına gələ
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların

“AzCosmetics”in rəhbərinə ölkədən çıxmaq qadağası qoyuldu - Yalan məlumata görə

22 dek 2025, 17:10
“AzCosmetics”in rəhbərinə ölkədən çıxmaq qadağası qoyuldu - Yalan məlumata görə

Estetik və kosmetoloji cihazlar bazarında fəaliyyət göstərən “AzCosmetics” MMC rəqib şirkət (“AzEstetik Group” MMC) barəsində paylaşdığı videoçarxlarda yalan və həqiqəti əks etdirməyən məlumatlar səsləndirdiyi üçün cəzalandırılıb.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsi qətnamə çıxarıb.

Bildirilib ki, “AZ Estetik Group” MMC barədə paylaşılan məlumatların həqiqəti əks etdirmədiyi müəyyən edilib və yalan, böhtan xarakterli məlumatların videoformat şəklində təkzib olunmasına qərar verilib.

Belə ki, sözügedən məlumatlar direktoru Kənan Zeynalov olan “AzCosmetics” MMC-yə məxsus “Youtube” və “TikTok” hesablarında 2023–2024-cü illərdə ictimailəşdirilib. Qərara əsasən, bu platformalarda yerləşdirilmiş video və şərhlərin silinməsi, eləcə də həmin materiallarda məhsul və xidmətlərlə bağlı səsləndirilən aldadılma, texniki xüsusiyyətlərin düzgün təqdim olunmaması, məhsul mənşəyinin gizlədilməsi və öhdəliklərin yerinə yetirilməməsi kimi iddiaların həqiqəti əks etdirmədiyi müəyyən edilib və bu məlumatların təkzib edilməsi tələb olunub.

Bundan başqa, digər məhkəmələr də “AzCosmetics” MMC və onun direktoru Kənan Zeynalova qarşı bir sıra qərarlar qəbul edib. Bildirilib ki, şirkət rəqibi olan “Az Estetik Group” MMC-nin lazer cihazlarını saxta və keyfiyyətsiz kimi tənqid edərək haqsız reklam və rəqabət apardığına görə reklam qanunvericiliyinin tələblərini pozub. Bu səbəbdən şirkət 1000 AZN məbləğində cərimə edilib. Bundan əlavə, “Azcosmetics” məhkəmə qərarlarını icra etmədiyi - yəni, nüfuzu ləkələyən videoları silmədiyi və təkzib vermədiyi üçün məhkəmə qərarları ilə şirkətə 3000 AZN, direktor Kənan Zeynalova isə 1200 AZN inzibati cərimə tətbiq olunub. Bu tədbirlərlə yanaşı, qətnamənin icrasından yayındığı üçün Kənan Zeynalova ölkədən çıxış qadağası qoyulub.

Məsələ ilə bağlı “AZ Estetik Group” MMC-nin direktoru Rəşad Qasımov bildirib ki, məhkəmə qərarı şirkət ətrafında yayılan məlumatlara hüquqi qiymət verildiyini göstərir:

“Şirkət 16 ildir məhsulların mənşəyi, texniki göstəriciləri və servis imkanları barədə müştəriləri açıq şəkildə məlumatlandırır. “AZ Estetik Group” fəaliyyətində innovativ texnologiyalara və müştəri məmnuniyyətinə üstünlük verir. Hazırda şirkətimiz estetik, stomatoloji və kosmetoloji avadanlıqların satışı ilə yanaşı, bu sahədə təlim və texniki xidmətlər göstərir. Eyni zamanda Qazaxıstan və Özbəkistanda fəaliyyət göstərən nümayəndəlikləri vasitəsilə regional bazarda da təmsil olunur”.