Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

“My Beach”ə getdilər, hesabı görəndə təəccübləndilər

11 iyl 2023, 16:07
“My Beach”ə getdilər, hesabı görəndə təəccübləndilər

Dünəndən sosial şəbəkələrdə Novxanıda yerləşən “My Beach” istirahət mərkəzində ümumi hesabın 25 faizinin xidməthaqqı kimi tutulmasını göstərən qəbzin fotosu yayılıb.

LiderXəbər “Qafqazinfo”ya istinadən xəbər verir ki, ödənilən məbləğin ¼ hissəsinin xidməthaqqı kimi tutulması müzakirə və tənqidlərə səbəb olub. Müştəridən əlavə bu qədər məbləğin tutulması qanunsuz hesab edilib.

Qəbzdən də görünür ki, edilən sifarişin məbləği 191 manat təşkil edir. Bu məbləğin üzərinə 47,75 manat əlavə olunub və ümumi məbləğ 238,75 AZN hesablanıb. 

Bəs müştəridən əlavə bu qədər məbləğin tutulması qanunidirmi? İctimai iaşə müəssisələrində - kafe və restoranlarda əlavə xidməthaqqı ilə bağlı məbləğ qanunda müəyyən olunubmu? Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən restoranlarda menyuda əlavə xidmət haqqının qeyd olunması məsələsinə nəzarət olunurmu? 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, əgər müştəriyə əvvəlcədən xidmət haqqı ilə bağlı məlumat verilməyibsə, restoranın bu tələbi qanunsuzdur: “Biz dövlət orqanları qarşısında bununla bağlı dəfələrlə məsələ qaldırmışıq. Lakin dövlət orqanları deyir ki, bu biznes qurumlarının öz ərazisidir və özləri necə istəyər, elə də edər. Çekə saldıqları üçün vergi verirlər, deyirlər ki, orada qanun pozuntusu yoxdur. İstehlakçı hüquqlarını qoruyan bizim təşkilat isə deyir ki, vergi vermək azdır. Bu istehlakçı hüquqlarının pozulmasıdır. İstehlakçı maraqlarına zidd hərəkətdir”. 

E. Hüseynovun sözlərinə görə, əvvəlcədən istehlakçıya bu barədə məlumat verməlidir ki, o, istəmədiyi təqdirdə seçim edə bilsin.

Sözügedən restoranın administratoru Elvin Məmmədli saytımıza bildirdi ki, həmin qəbzdə qeyd olunan məbləğ həm də şou-proqramla bağlıdır: “Bizdə həm menyuda, həmçinin instaqram və TikTok hesablarımızda xidmət faizi qeyd olunub. Əyləşən kimi də müştəriyə bu barədə məlumat verilir. Həm xidmət haqqı, həm də şou-proqram ödənişi bu 25 faizə daxildir. Bura gələnlərin də əksəriyyəti təkrar müştərilərdir, yəni neçə illərdir bundan məlumatlıdırlar”.

Məbləğin çox olması ilə bağlı suala gəlincə isə administrator bildirdi ki, bu məbləğ müğənnilərə olan ödənişi ancaq qarşılayır: “Bizdə olan şou-proqram heç yerdə yoxdur. Bizim müğənnilərə, şou-proqrama verdiyimiz pullar onu ancaq ödəyir. Hər gün də şou-proqramımız olur”.

Qeyd edək ki, “My Beach”in sahibi tanınmış müğənni Niyam Salamidir