Son Xəbərlər
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya
Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli
Günəş vurması isti havada qısa gəzinti zamanı belə hər kəsin başına gələ
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edildi

18 dek 2025, 15:43
Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edildi

Dövlət Su Ehtiyatları Agentliyi nəzdində fəaliyyət göstərən “Su ehtiyatları və meliorasiya sahəsi”nin Standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 48)  konsensus qərarı ilə tullantı suları üzrə 3 yeni dövlət standartı hazırlanıb, Azərbaycan Respublikasının Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsdiq edilib.

Liderxeber.az xəbər verir ki, qəbul edilən dövlət standartları aşağıdakılardır:

* AZS 983:2025– “Təmizlənmiş tullantı sularının təkrar istifadəsi üzrə tələblər”;
* AZS 984:2025– “Tullantı sularının su və su təsərrüfatı obyektlərinə axıdılması üzrə tələblər”;
* AZS 985:2025– “Sənaye müəssisələri, ictimai iaşə obyektləri və fərdi xidmət sahələrinin istehlakçıları tərəfindən mərkəzləşdirilmiş kanalizasiya sisteminə axıdılan tullantı sularında zərərli və çirkləndirici maddələrin miqdarına və tərkibinə nəzarət”.

Yeni dövlət standartlarının tətbiqi su ehtiyatlarının təhlükəsiz və səmərəli idarə olunmasına, tullantı sularının təkrar istifadəsinin tənzimlənməsinə, su obyektlərinə axıdılan tullantı sularının ekoloji və sanitar-gigiyenik təhlükəsizliyinin təmin edilməsinə, eləcə də mərkəzləşdirilmiş kanalizasiya sisteminə daxil olan tullantı sularının tərkibinə nəzarətin gücləndirilməsinə xidmət edəcək.

Qeyd edək ki, təsdiq edilmiş dövlət standartları Azərbaycan Respublikasının Standartlaşdırma İnstitutu tərəfindən Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.