Son Xəbərlər
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya
Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli
Günəş vurması isti havada qısa gəzinti zamanı belə hər kəsin başına gələ
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti

Bu ərazilərdə 13° şaxta olacaq

18 dek 2025, 11:44
Bu ərazilərdə 13° şaxta olacaq

Dekabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən, məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 60-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 7-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-13 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.