Son Xəbərlər
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Yeniqışlaq kəndinin sakinləri ilə
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turu çərçivəsində bu axşam Bakıda,
İran İslam Respublikasının Ərdəbil vilayətinin Aslanduz yaşayış məntəqəsi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi
“Kredit büroları haqqında” Azərbaycan Qanununda dəyişiklik edilib.
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə
İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası
Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 26 milyard 201,4 milyon manat
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib. Liderxeber.az
banner

Neftçalada şəhidin doğum günü qeyd olunub

07 iyl 2023, 19:29
Neftçalada şəhidin doğum günü qeyd olunub

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Vətən Müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun 39 yaşı qeyd olunub. Şəhid baş gizir Camal İsmayılovun Şəhidlər xiyabanındakı məzarı, Həsənəbad qəsəbəsindəki abidəsi ziyarət olunub və ruhuna dualar oxunub.

Tədbirdə Neftçala RİH-in başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri,  hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, döyüşçü yoldaşları və qazilər iştirak edib. İştirakçılar Camal İsmayılovun həsr olunan rəsm sərgisi ilə tanış olublar.

İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Tədbirdə çıxış edən şəhidin atası Vidadi İsmayılov, bacısı Xəyalə Ağamalıyeva, şəhid Elyar Vəliyevin atası Arif  Vəliyev, Azərbaycan Yazıçılar Birliyinin məsul işçisi və “13 Əfsanə” kitabının redaktoru Güləmail Murad, döyüş yoldaşı Ayar Abbasov,  Azərbaycan Dövlət Radiosunun  “Vətən yaşasın” verlişinin redaktoru, şair- publisist Ötərxan Eltac, “Camal Əfsanəsi” jurnalının təsisçisi Ruhəngiz Nəcəfova, AYB-in üzvü, Prezident təqaüdçüsü, “ 13 Əfsanə” kitabının müəllifi Elnur Uğur   Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki qələbədən və bu qələbədə iştirak edən şəhid Camal İsmayılovun şücaətindən, keçdiyi döyüş yolundan söhbət açıb və 2020-ci ilin sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən Müharibəsində Camal İsmayılovun Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalması haqqında danışıblar və Vətən Müharibəsi Qəhrəmanının həyatını əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Cmaal İsmayılovun qızı Əsnad İsmayılova L.V.Bethovenin  “ K.Elize” əsərini ifa edib.
Tədbirdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov bu gün ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin  Ümummilli Lider Heydər Əliyevin siyasi yolunu uğurla davam etdirməsi, uzaqgörən və qətiyyətli siyasəti nəticəsində 30 ilə yaxın işğalda olan torpaqlarımız xalqımızın birliyi, müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olundu. Qəhrəman gənclərimizin vətən uğrunda göstərdiyi fədakarlıqları dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını, təşəkkürlərini bildiriblər.

Tədbir Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət məktəbinin hazırladıqları kompozisiyalar ilə davam edib.