Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

10 faydalı qazıntı yatağı hərraca çıxarılıb

05 iyl 2023, 12:52
10 faydalı qazıntı yatağı hərraca çıxarılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən iyulun 5-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçirildi.

LiderXəbər xəbər verir ki, hərracda hər biri 1 lot üzrə Abşeron rayonu “Qızılburun” gil, “Şıxzərli” gips, İsmayıllı rayonu “Bilistan-II” qum-çınqıl, “Təzəkənd” qum-çınqıl, “Göyçay-I” qum-çınqıl, Şabran rayonu “Dəvəçiçay” qum-çınqıl, Quba rayonu “Qorxmazoba” qum-çınqıl yataqları, həmçinin 2 lot üzrə Ağstafa rayonu “Ağstafaçay” qum-çınqıl, 4 lot üzrə Göygöl rayonu “Qızılca” plagioporfir və 15 lot üzrə Quba rayonu “Qonaqkənd” qum-çınqıl faydalı qazıntı yataqları satışa çıxarıldı. Ümumilikdə, hərracda başlanğıc qiyməti 2500 -76 000 manat arasında dəyişən 10 yataq üzrə 28 lot təqdim olundu. 

Hərraclar və digər yeniliklərlə bağlı son xəbərləri Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sosial şəbəkədə mövcud səhifələrindən də əldə edə bilərsiniz.