Son Xəbərlər
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə Gürcüstan və
Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir.
Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi ikitərəfli
2013-cü ildən indiyədək "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO)
Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Bakıya gələcək. Liderxeber.az
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda xalqın qan
İsrail hakimiyyəti Fələstinin HƏMAS hərəkatı ilə razılaşmanın birinci
Azərbaycan "NATO-Gürcüstan - 2025" hərbi təlimində iştirak edəcək.
Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli
Yanvarın 20-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya
banner

2010-2022-ci illərdə ali məktəblərə sənəd verənlər arasında əvvəlki illərin məzunlarının payı azalıb

03 iyl 2023, 17:30
2010-2022-ci illərdə ali məktəblərə sənəd verənlər arasında əvvəlki illərin məzunlarının payı azalıb

2021-2022-ci illərdə məzunların sayında artım müşahidə olunub.

Liderxəbər xəbər verir ki, bu barədə «Abituriyent» jurnalının 12-ci nömrəsində məlumat verilib. Qeyd edilib ki, 2021-2022-ci illərdə 2020-ci illə müqayisədə məzunların sayı 13.60% artıb. Son illər sənəd verənlərin say tərkibində ötən ilin məzunlarının payı da artıb. 2022-ci ildə isə sənəd verənlər arasında ötən ilin məzunlarının payı 2021-ci ilə nisbətən təxminən 1.4% artıb. Eyni zamanda onların mütləq sayında da artım müşahidə olunub. Belə ki, 2022-ci ildəki məzunlar həmin ildə sənəd verənlərin 84.14%-ni (74993 nəfər) təşkil edib və 2021-ci il ilə müqayisədə ərizə verən 2022-ci ilin məzunlarının sayı 12011 nəfər artıb.

Bildirilib ki, 2010-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının payı 55.63%, 2011-ci ildə 58.39%, 2012-ci ildə 58.84%, 2013-cü ildə 60.66%, 2014-cü ildə 64.05%, 2015-ci ildə 66.04%, 2016-cı ildə 68.31%, 2017-ci ildə 75.83%, 2018-ci ildə 77.86%, 2019-cu ildə 87.54%, 2020-ci ildə 80.52% və 2021-ci ildə 82.76% olub. Göründüyü kimi, 2010-cu ildən etibarən sənəd verənlərin arasında əvvəlki illərin məzunlarının payı əsasən getdikcə azalıb, cari illərin məzunlarının payı isə artıb. Bunun əsas səbəbi hər il ali təhsil müəssisələrinə qəbul üçün ayrılan plan yerlərinin ciddi şəkildə artırılması və nəticədə qəbul olanların sayı artdıqca, növbəti il üçün əvvəlki illərin məzunları arasında qalığın, yəni qəbul olmayanların azalmasıdır.