Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

Azərbaycan Həcc mövsümünə hazırlığı ən yaxşı yerinə yetirən ölkə kimi qiymətləndirilib

01 iyl 2023, 14:28
Azərbaycan Həcc mövsümünə hazırlığı ən yaxşı yerinə yetirən ölkə kimi qiymətləndirilib

Azərbaycan Həcc mövsümünə hazırlıq prosedurlarını ən yaxşı yerinə yetirən ölkə kimi qiymətləndirilib.

Liderxəbər Səudiyyə Ərəbistanının Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu barədə Krallığın Həcc və Ümrə naziri Tövfiq ər-Rəbiah ötən gün Məkkə şəhərində Nazirlikdə Həcc mövsümünün yekunu ilə bağlı təşkil olunmuş tədbirdəki çıxışında məlumat verib. O, Hicri 1444-cü ildə Həcc mövsümünə hazırlıq prosedurlarını mükəmməl şəkildə, tez icra edilməsi və ziyarətin gözəl təşkili ilə bağlı ən yüksək qiymətləndirilən 3 ölkənin adını açıqlayıb. Bu ölkələr isə Azərbaycan, İraq və Cənubi Afrikadır.

Tədbirə Qafqaz Müsəlmanları İdarəsi Həcc Missiyasının məsul şəxsləri dəvət edilib. Təltif edilənlərin elan edilməsi zamanı auditoriya qarşısındakı böyük monitorda Azərbaycanın bayrağı nümayiş etdirilib, Azərbaycan Həcc Missiyasının məsulları səhnəyə dəvət edilib. Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Tövfiq ər-Rəbiah onlarla görüşərək təbrik edib və xatirə şəkli çəkdirib.