Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Neftçalada DİN əməkdaşları təltif edilib

30 iyn 2023, 16:31
Neftçalada DİN əməkdaşları təltif edilib

2 İyul-Azərbaycan Polisinin 105- ci il dönümü Neftçala rayonunda qeyd olunub. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vüsal Şəbəndəyev, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının rəhbərləri, YAP Neftçala rayon təşkilatının sədri, polis şöbəsinin kollektivi, şəhid ailələri və veteran polis işçiləri iştirak ediblər.

Tədbir iştirakçıları tərəfindən Neftçala şəhərində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılan əzəmətli heykəli ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib və Ulu Öndər Heydər Əliyevin həyat, fəaliyyətini əks etdirən xatirə şəkillərinə baxış keçirilib.

Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov,  Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vüsal Şəbəndəyev və digər natiqlər Azərbaycan polisinin keçdiyi 105 illik şərəfli xidmət yolundan, ictimai asayişin, daxili təhlükəsizliyin, həmçinin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında polis əməkdaşlarının  əvəzsiz rolundan, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin polis əməkdaşlarına göstərdiyi xüsusi diqqətdən, qayğıdan  danışıblar. Daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlıq və təşəkkürlərini bildiriblər.

Tədbirdə Daxili İşlər Naziri general- polkovnik Vilayət Eyvazovun təbriki diqqətə çatdırılıb və bir qrup polis əməkdaşları  “Azərbaycan Polisinin 105-ci ildönümü”, polis orqanlarında vəzifələrini layiqincə  yerinə yetirdiyinə görə fəxri fərmanlar təltif olunublar, xatirə şəkili çəkilib.