Son Xəbərlər
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
banner

Xaricə səfər edən vətəndaşların sığorta daxilolmaları 46% artıb

30 iyn 2023, 12:24
Xaricə səfər edən vətəndaşların sığorta daxilolmaları 46% artıb

2023-cü ilin yanvar-may aylarında Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 2 milyon 171.5 min manat olub.

Liderxəbər Azərbaycan Mərkəzi Banka (AMB) istinadən xəbər verir, bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 46.3% və ya 686.9 min manat çoxdur. 2022-ci ilin müvafiq dövründə xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 1 milyon 484.6 min manat təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-may aylarında xaricə səfər edən vətəndaşların sığorta ödənişləri 103.2 min manat təşkil edib ki, bu da 2022-ci ilin ilk 5 ayı ilə müqayisədə 2.9% və ya 2.9 min manat çoxdur.

Hesabat dövründə bu sığorta növü üzrə sığorta zərərliliyi 29% azalıb. Belə ki, sığorta şirkətləri bu ilin ilk 5 ayında toplanan hər 100 manat sığorta haqqının 4.8 manatını ödənişə yönəldibsə, 2022-ci ilin yanvar-may aylarında bu göstərici 6.8 manat təşkil edib.