Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Müasir Azərbaycanın memarı – Ümummilli Lider Heydər Əliyev!

26 iyn 2023, 10:37
Müasir Azərbaycanın memarı – Ümummilli Lider Heydər Əliyev!

1991-ci ilin oktyabr ayının 18-də SSRİ-nin dağılması ilə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan o zaman hakimiyyətdə olanların iradəsizliyi və səriştəsizliyi, Qarabağda davam edən dəhşətli müharibədəki ardıcıl uğursuzluqlar, ölkənin bölgələrində baş qaldıran seperatizm meylləri Ölkəmizin acınacaqlı vəziyyətə düşməsi şərtləndirmişdi.

Belə çətin bir vəziyyətdə Qarabağda döyüş mövqelərini möhkəmləndirmək əvəzinə, Sürət Hüseynov və ətrafındakı başıpozuq dəstələr Gəncədə dövlətə qarşı qiyam təşkil edərək onsuz da çətin olan vəziyyəti daha da ağırlaşdırmışdılar. Artıq ölkədə vətəndaş müharibəsi başlamış, qardaş qanı tökülmüşdü. AXCP-Müsavat cütlüyü ölkəni idarə etmək iqtidarında deyildi. Azərbaycanda bunlar baş verərəkən, Naxçıvanda tamam fərqli ab-hava hökm sürürdü. 

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan MR-da, həm erməni işğalçıları ilə inamlı mübarizə aparılır, həm də blokadadan çıxmaq uğrunda qətiyyətli addımlar atılırdı. Bu məqamda Azərbaycan xalqı o dövrdəki hakimiyyətin  Heydər Əliyevi Bakıya dəvət etməsi üçün təzyiq göstərirdi. Nəhayət,15 iyun 1993-cü il tarixdə Ümummilli Lider Heydər Əliyevin yenidən Azərbaycanda hakimiyyətə qayıtması xalqın tələbləri ilə baş tutdu. Həmin vaxt Azərbaycan Milli Məclisinin sədri vəzifəsinə seçilən Heydər Əliyev Gəncədə qiyamçıları yola gətirərək, qardaş qırğınına son qoydu. Parlamentin 24 iyun 1993-cü il tarixli iclasında Heydər Əliyevə ölkə Prezidentinin səlahiyyətləri də tapşırıldı. Bütün bunlar Ulu Öndər şəxsiyyətinə olan dərin inamın və etibarın nişanəsi idi.

Daha əvvəllər, hələ Sovet dövründə olduğu kimi, dahi Lider yenə də qısa müddətdə öz praqmatik və reallığa söykənən siyasi kursu ilə gənc respublikanın önündəki əngəlləri bir-bir aradan qaldırmağa başladı. 

Bu gün keçmişdə qalmış “Qarabağ münaqişəsi”nin sülh yolu ilə tənzimlənməsi üçün atəşkəs imzalandı. Azərbaycan neftinin çıxarılmasını və daşınmasını nəzərdə tutan “Əsrin müqaviləsi” imzalandı. Qonşu ölkələrlə dostluğa əsaslanan münasibətlər yenidən quruldu. Beləliklə, Azərbaycan xalqının Ümummilli Liderə olan inamı bir daha özünü doğrultmuş oldu. Bu gün qüdrətli Azərbaycan Respublikası 1993-cü ilin iyun ayının 15-də Azərbaycanda təkrar hakimiyyətə qayıdan Ümummilli Liderin qoyduğu siyasi kursla Azərbaycan Respublikasının Müzəffər Prezidenti cənab İlham Əliyevin sarsılmaz iradəsi altında yeni-yeni zirvələri fəth edir.

Ruslan Süleymanlı;
Neftçala rayon sakini