Son Xəbərlər
Bütöv və suveren Azərbaycanımıza şanlı tarix, əbədi və dönməz olan müstəqillik
ABŞ Prezidenti Cozef Bayden İsrailin Baş naziri Binyamin Netanyahunu HƏMAS
Gələcəyimizi süni intellekt müəyyən edəcək, ona görə bu barədə çox danışmağa,
"Uşağın boğazı uzun müddət sağalmırsa, bu zaman həkimə müraciət etmək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman
Güclü antioksidant xüsusiyyətlərə malik yaşıl çay ürək, beyin, diş və dəri
Naxçıvanda tütün məmulatlarının istehsalı və satışı ilə məşğul olan
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda bütün ulduz təsnifatları üzrə
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunun
banner

Qovlar sakinləri sürətli qatarla səfər edə biləcəklər

24 iyn 2023, 15:41
Qovlar sakinləri sürətli qatarla səfər edə biləcəklər

Bu ilin 3 iyul 2023-cü il tarixindən etibarən Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarına Tovuz rayonunun Qovlar stansiyasında dayanacaq verilməsi təmin olunacaqdır. Qatarların Qovlar stansiyasında dayanması üçün müvafiq texniki tapşırıqların icrası tam yekunlaşıb.

"Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, marşrut üzrə Bakıdan Qovlar stansiyasınadək bir istiqamətə gediş haqqı standart yerlərdə 16 AZN təşkil edir.

İyulun 3-dən etibarən Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarları yeni qrafikə uyğun hərəkət edəcək. Belə ki, hər gün saat 08:45-də Bakı Dəmiryol Vağzalından Ağstafaya yola düşən qatar mənzil başına saat 13:42-də çatacaq. Əks istiqamətdə saat 18:15-də Ağstafadan yola düşən qatar isə saat 23:15-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Xatırladaq ki, ADY 18 mart 2023-cü il tarixindən etibarən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutunu Ağstafa stansiyasına qədər uzadıb.

Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart yerlərdə 17 AZN, Bakı-Tovuz istiqaməti üçün 16 AZN, Bakı-Gəncə istiqaməti üçün isə 15 AZN təşkil edir. Biletləri vağzalların kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür.