Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Nazir müavini: Taksilərdə telefonla proses idarə olunduğu üçün taksometrin qoşulmasına gərək görmürük

24 iyn 2023, 12:00
Nazir müavini: Taksilərdə telefonla proses idarə olunduğu üçün taksometrin qoşulmasına gərək görmürük

Qanun layihəsində taksometr anlayışı verilib. Bunun cihaz olması və proqram təminatı olması haqqında qeydlər var. Hazırda taksilərdə telefonla prosesin idarə olunduğunu gördüyümüz üçün yenidən taksometrin taksilərə qoşulmasına gərək görmürük.

Liderxəbər xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Nazir müavini bildirib ki, smartfondan istifadə etməyən vətəndaşlar olarsa, bu cihazı da qoşa bilərlər. O, reys qabağı müayinə məsələsinə də diqqət çəkib: “Sürücünün özü də reysqabağı müayinə olunacaq. Hazırda başqa ölkələrin də təcrübəsini nəzərə alaraq taksopark və qarajların yaradılması lazımdır. Vətəndaş və məmur təması olmaması üçün bu prosesi müasir cihazlar vasitəsilə quracağıq. Biz sadəcə, bu şəraitin sahibkar tərəfindən qarajlarda yaradılmasına nəzarət edəcəyik”.

Rəhman Hümmətov əlavə edib ki, fərdi sahibkarlar reysqabağı müayinə ilə məşğul ola bilər: "Bunu müəyyən yerli tibbi xidmət müəssisələri vasitəsilə edə bilərlər. Bu və ya digər məsələlərin təşkili üçün müəyyən vaxt lazım olacaq. Buna görə də qanun 1 oktyabrdan qüvvəyə minəcək".