Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Nazir müavini dərmanların qiymətinin baha olmasının səbəblərini açıqlayıb

20 iyn 2023, 13:30
Nazir müavini dərmanların qiymətinin baha olmasının səbəblərini açıqlayıb

Azərbaycanda dərman qiymətləri müəyyən ölkələrə baxdıqda bahadır. Lakin siyahı elə də çox deyil.

Liderxəbər xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib.

O bildirib ki, Türkiyə ilə qiymətləri müqayisə etsək, Türkiyənin 70-80 faizdən çoxu daxili istehsaldır: "Bu gün Türkiyədə 1 avro 24-26 TL olursa, dərman qiymətlərinin tənzimlənməsində 1 avro 14-15 TL götürülür. Yəni qiymətlərin 50 faizdən çoxu dövlət dotasiyası ilə tənzimlənir. İki gün öncə idxalçılarla görüşümüz olub. Onların ölkə səhiyyəsinin inkişafı üçün kifayət qədər ciddi fikirləri var. Əsas gətirirlər ki, bu gün ölkədə qiymətlərin uyğun olmamasının əsas səbəbi istinad ölkələrin siyahısında Türkiyənin götürülməsidir. Bu baxımdan istinad ölkələrə yenidən baxılması nəzərdə tutulub. Ümumiyyətlə, Tarif Şurası tərəfindən qiymətlərin tənzimlənməməsi müzakirə mövzusu deyil. Əgər idxalçılar bilsələr ki, qiymətlər Tarif Şurası tərəfindən təsdiqlənmir, o zaman bugünkü qiymətlərdən daha baha qiymətlər təklif edə bilərlər”.