Son Xəbərlər
Ölkənin lider telekommunikasiya şirkəti 10 tələbəyə şirkətdə yay təcrübə
Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutu (ƏETİ) və
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 21-də keçirilən
Moskvada keçirilən gənc populyar musiqi ifaçılarının Beynəlxalq “Yeni dalğa
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni səhnə əsərinin -
"Azerspace-1" peyki vasitəsilə yayımlanan radiokanalların sayı 24-ə
Azərbaycanda məhkəmələrdə ümumilikdə 616 hakim fəaliyyət göstərir, onlardan
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına aprelin
Nepallı alpinist Kami Rita 29-cu dəfə Everesti fəth edərək, dağa uğurlu qalxma
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus
banner

Neftçalada tibb işçilərinə diqqət və qayğı göstərilir

17 iyn 2023, 10:50
Neftçalada tibb işçilərinə diqqət və qayğı göstərilir

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alınaraq hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu məqsədlə 17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günü Neftçala rayonunda da qeyd olunub.

Tədbirdən öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli ziyarət olunub, önünə tər gül dəstələri düzülüb və ruhu ehtiramla yad olunub.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, Neftçala RMX Publik hüquqi şəxsin, idarə, müəssisə, təşkilatların rəhbərləri və həkim heyyəti iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların, səhiyyə işçilərinin ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının dövlət himni səslənib.

Tədbirdə çıxış edən Neftçala RMX PŞ direktoru Elman Quliyev, veteran həkim Hacıbaba Əliyarov, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filarə İsmayılova, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Veteran tibb işçisi, Rayon Ağsaqqallar şurasının üzvü Əliqulu Əliyev  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncamla Tibb İşçilərinin Peşə Bayramı Gününün təsis edilməsi onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyini göstəricisi olmasını, səhiyyəmizin hər il yeni-yeni uğurlarla yadda qalması və Ulu Öndər Heydər Əliyevin siyasi kursunun laiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən laiqincə davam etdirilməsi diqqətə çatdıılıb. Bu diqqət və qayğıya görə həkim kollektivi ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Tədbirdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov Ümummilli liderin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra həyata keçirilən islahatların tibb sahəsində də öz bəhrəsini verdiyini diqqətə çatdırıb, səhiyyənin səmərəsinin yüklədilməsi və intensivləşdirilməsi üçün bazanın yaradılması, beynəlxalq əlaqələrin genişləndirilməsi haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Bu gün Ulu Öndərin həyata keçirdiyi islahatları Prezident cənab İlham Əliyevin uğurla davam etdirməsi, bölgələrdə müasir tibb mərkəzlərinin açılması, köhnə tibb ocaqlarının yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunması, səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətinin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır. Bu istiqamətdə görülən işlərdə Heydər Əliyev Fondununda rolu danılmazdır.

Tədbirin sonunda iş fəaliyyətində fərqlənən və əhalinin sağlamlığının qorunmasında göstərdikləri səmərəli fəaliyyətinə görə bir qrup işçi heyyəti fəxri fərmanlarla təltif olunublar.