Son Xəbərlər
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
Prezident İlham Əliyev Tofiq Fuad oğlu Musayevin Azərbaycan Respublikasının
banner

Göygöldə Milli Qurtuluş Günü təntənəli şəkildə qeyd olunub

15 iyn 2023, 18:56
Göygöldə Milli Qurtuluş Günü təntənəli şəkildə qeyd olunub

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı  Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin  2022-ci il 28 noyabr tarixli Sərəncamının icrası ilə bağlı Göygöl  Rayon  İcra Hakimiyyəti tərəfindən keçirilən tədbirlərin Təqvim Planına uyğun olaraq 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda Heydər Əliyev Mərkəzində toplantı keçirilib.

Toplantıda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub. Həmçinin, Göygöl rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxış keçirilib.  Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğunu diqqətə çatdırıb. Bildirilib ki, hər bir hadisəyə nəticəsinə görə qiymət verilir. Heydər Əliyevin 15 iyun 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtması böyük hadisə olmaqla Azərbaycan üçün ümummilli baxımdan ciddi nəticələr verdi. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində Ulu Öndər zəmanəmizin əbədiyaşar dahisinə çevrilib.

Toplantıda çıxış edən Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl rayonu üzrə Təhsil sektorunun müdiri Elnur Qasımov, Şəmkir RMİ-nin Göygöl rayonu üzrə nümayəndəsi Nurəddin Babazadə və Göygöl rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin Sosial iş üzrə mütəxəssisi Gülşən Qasımova Azərbaycan xalqının yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyduğunu vurğulayaraq, xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, Ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, sivilizasiyaların qovşağında Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar kimi tanıdılması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissəsi olduğunu qeyd ediblər.    

Toplantıda 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş “Tarixin Şanlı Səhifələri” adlı sənədli film təqdim olunub.

Daha sonra Göygöl şəhər Heydər Əliyev adına parkda 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti təşkil olunub.
Konsertdə yerli sənətkarların ifasında rəngarəng musiqi nömrələri təqdim olunub. Eyni zamanda sənətkarların əl işlərindən ibarət “ArtFest” incəsənət sərgi-yarmarkası təşkil olunub. Sərgidə respublikanın müxtəlif bölgələrindən 60 sənətkarın əl işləri, rəsm əsərləri və kitablar nümayiş olunub və satışı təşkil edilib.