Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Neftçalada “Son zəng” tədbirləri keçirilib

14 iyn 2023, 20:15
Neftçalada “Son zəng” tədbirləri keçirilib

Neftçala rayonunda fəaliyyət göstərən tam orta məktəblərdə  “Son zəng” tədbirləri keçirilib.
 
“Son zəng” tədbirində  Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Şirvan- Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, məktəblilər və onların valideynləri iştirak ediblər.
 
İlk öncə Azərbaycan Respublikasının dövlət himni səslənib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
 
“Son zəng” tədbirində  Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun məzunlara və pedaqoji kollektivə “Son zəng” münasibəti ilə təbriki diqqətə çatdırılıb və ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük inkişafın əldə olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğıdan, Neftçala rayonunda həmçinin respublikanın müxtəlif regionlarında yüzlərlə orta məktəblərin tikilməsi, mövcud binaların əsaslı şəkildə təmir olunması, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi, tədrisin keyfiyyətinin artırılması istiqamətində islahatların aparılması haqqında məlumat verilib. 
 
Tədbir məzunların, məktəblilərin hazırladıqları bədii kompozisiyaları ilə davam edib və təhsil sahəsində fərqlənən bir qrup məktəblilər fəxri fərmanlarla təltif olunub, xatirə şəkili çəkilib.