Son Xəbərlər
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
banner

"Kağızsız Hökumət"ə keçid çərçivəsində yeni həll təqdim edilib

10 iyn 2023, 14:46
"Kağızsız Hökumət"ə keçid çərçivəsində yeni həll təqdim edilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən elektron sənəd dövriyyəsi sistemlərinin inteqrasiyası üçün vahid şlüzün hazırlanması istiqamətində görüş keçirilib.
 
Görüşdə 30-a yaxın dövlət qurumunun aidiyyəti istiqamət üzrə rəhbər məsul şəxslərinə istifadə etdikləri Elektron Sənəd Dövriyyəsi (ESD) sistemindən asılı olmayaraq dövlət qurumları arasında maneəsiz əlaqəni asanlaşdıran yeni həll təqdim edilib.
 
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müavini Rəşad Xalıqov görüş iştirakçılarına Milli Məlumat Mübadiləsi platformasının təkmilləşdirilməsi və qurumlararası sənəd dövriyyəsinin kağızsız formada təmin edilməsindən bəhs edib. Bildirib ki, Milli Məlumat Mübadiləsi platforması və mübadilə standartlarının hazırlanması mövcud istifadə olunan ESD-lərin inteqrasiyasına və kağızsız hökumətə sürətlə keçidi təmin edəcəkdir.
 
“Dövlət orqanlarında ESD proqram təminatından istifadə olunsa da, həmin dövlət qurumları arasında sənədlərin mübadiləsi fiziki formada həyata keçirilir. Dövlət qurumlarında bir çox elektron sənəd dövriyyəsi sistemləri mövcuddur və onlar müxtəlif yerli İKT şirkətlərinə məxsus olduqları üçün inteqrasiya prosesində çətinliklərlə qarşılaşırdılar. Yeni həll tam kağızsız mübadilə və müxtəlif yerli İKT şirkətlərinin həllərinin inteqrasiyasını təmin etmək üçün ümumi şlüz və sənəd mübadiləsi standartlarını təqdim edir. Qeyd edim ki, 1 iyun tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Maliyyə Nazirliyi arasında sözügedən istiqamətdə pilot layihə uğurla yekunlaşmışdır”.
 
Eyni zamanda sistemin işləmə prinispindən bəhs edən R. Xalıqov beynəlxalq təcrübədə sınanmış bu arxitekturada açıq standartların (API, şifrələmə və s.) tətbiqindən danışıb:
 
“Bu şlüz dövlət idarələri arasında bütün növ sənədlərin sürətli elektron mübadiləsinə xidmət edir. Biz istənilən sistemə funksionallıq əlavə etmək imkanı yaradan tətbiq proqramlaşdırma interfeysi (API) və standartlar yaratmışıq. Sözü gedən standartlar dövlət qurumlarında istifadədə olan ESD-lərin qarşılıqlı inteqrasiyasına imkan verəcəkdir”.
 
Görüşün sonunda qurumların IT üzrə səlahiyyətli rəhbər nümayəndələrinin sualları cavablandırıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
 
“Dövlət qurumu nüməyəndələrini bu sessiyada salamlamaqdan və onlarla birgə bu platformanın bütün təkliflərini təcrübədən keçirməkdən məmnunuq. Mən dəstəyə görə icmaya, eləcə də əməyi keçən bütün komandaya təşəkkürümü bildirirəm. Gələcəyə baxaraq deyə bilərik ki, Milli Məlumat Mübadiləsi Sistemi yeni funksionallıq və imkanlarla daha da inkişaf edəcək”- deyə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müşaviri tədbirin sonunda bildirib.
 
Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Milli Məlumat Mübadiləsinin təkmilləşdirilməsi çərçivəsində dövlət qurumlarının aidiyyəti nümayəndələri ilə müzakirələri davam etdirir.