Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Bu ixtisaslar üçün qabiliyyət imtahanlarının vaxtı açıqlandı

09 iyn 2023, 11:14
Bu ixtisaslar üçün qabiliyyət imtahanlarının vaxtı açıqlandı

Müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68 (Musiqi sənəti istiqaməti), 69 (Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti) və 70 (Təsviri sənət istiqaməti) saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatı 15 iyun saat 23:59-dək aparılacaq.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, qabiliyyət imtahanları 70 saylı proqram üzrə 21 iyun, 68 saylı proqram üzrə 23 iyun, 69 saylı proqram üzrə isə 24 iyun tarixlərində keçiriləcək.

Bildirilib ki, 70 saylı qəbul proqramına aid ixtisaslaşmaları seçən bakalavrlar 16-21 iyun tarixlərində DİM-in internet saytına daxil olaraq “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. 68 və 69 saylı qəbul proqramına aid ixtisaslaşmaları seçən bakalavrlar isə “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni 19-23 iyun tarixlərində çap edə bilərlər.

Qeyd edək ki, magistratura ixtisaslaşmalarına qəbul üzrə keçirilən qabiliyyət imtahanlarının nəticəsi məqbul və qeyri-məqbulla qiymətləndirilir. Qabiliyyət imtahanlarından məqbul qiymət alan namizədlər müsabiqədə ixtisas seçimi üzrə aparılan test imtahanının nəticəsi ilə iştirak edirlər.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı “Abituriyent” jurnalının “Musiqi sənəti”, “Teatr, kino və xoreoqrafiya sənəti” və “Təsviri sənət və Memarlıq” istiqamətləri üzrə xüsusi buraxılışlarından əldə etmək mümkündür.