Son Xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi
ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda
Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən DOST Mərkəzində
Azərbaycan Portuqaliyanın Lissabon şəhərində səfirlik açacaq. Liderxeber.az
İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya

“Şalvar-köynək”, “duz-çörək” artıq yaxınmənalı sözlər sayılmayacaq

09 sen 2025, 14:25
“Şalvar-köynək”, “duz-çörək” artıq yaxınmənalı sözlər sayılmayacaq

“Yeni nəsil “Azərbaycan dili” dərsliyində bəzi yeni terminlər istifadə olunub. Məsələn, buraya hiperonim, hiponim və morfem kimi anlayışlar əlavə edilib”.

Liderxeber.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bu barədə 2025-2026-cı tədris ilində ümumtəhsil müəssisələrinin 6-cı siniflərində tətbiq olunacaq yeni nəsil “Azərbaycan dili” dərslik komplektinin məzmun və tədris texnologiyasının xüsusiyyətlərinin müzakirəsinə həsr edilmiş vebinarda “Azərbaycan dili” dərsliklərinin müəllifi, layihə rəhbəri Rafiq İsmayılov səsləndirib.

O qeyd edib ki, sözün aid olduğu ümumi məna hiperonim, həmin söz isə hiponim adlanır, morfem isə ön şəkilçi anlayışıdır:

“Məsələn, bu günə kimi “şalvar-köynək” yaxınmənalı söz olaraq qəbul edilirdi. Şagirdlər isə deyirdi ki, axı “şalvar-köynək” yaxınmənalı söz deyil. Yeni dərslikdə isə “şalvar-köynək” geyim hiperoniminə aid hiponim olaraq təqdim edilib. Eləcə də “duz-çörək” yaxınmənalı yox, qida hiperoniminə aid hiponimdir. Morfem isə söz önündə işlədilən bi-, a-, anti-, vitse- kimi şəkilçilərdir”.