Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

Azərbaycanda tam Ay tutulması müşahidə olunub

08 sen 2025, 08:55
Azərbaycanda tam Ay tutulması müşahidə olunub

Azərbaycanda 2025-ci ilin ikinci və son Ay tutulması müşahidə olunub.

Liderxeber.az xəbər verir ki, bu, tam Ay tutulması olub.

Ay tutulması sentyabrın 7-də, Bakı vaxtı ilə saat 19:28-də başlayıb və 8 sentyabr saat 00:55-də bitib.

Diskin tam tutulması isə 21:30-da başlayıb və 82 dəqiqə davam edib.

Bu ilin ikinci və son Ay tutulması başlayıb.

Liderxeber.az xəbər verir ki, bu, tam Ay tutulmasıdır (bəzən "Qanlı Ay" da adlandırılır).

Tutulma əsasən Avropa, Asiya, Afrika, Avstraliyanı, Hind okeanı və Antarktidanı əhatə edəcək. Şimali Amerikanın qərbi, Cənubi Amerikanın şərqi, Sakit okean, Arktikada isə qismən və yarımkölgəli tutulma müşahidə olunacaq.

Ay tutulması Bakı vaxtı ilə saat 19:28-də başlayıb və 8 sentyabr saat 00:55-də bitəcək. Diskin tam tutulması isə 21:30-da başlayacaq və 82 dəqiqə davam edəcək.

Azərbaycanda da müşahidə olunacaq tutulma ümümilikdə 5 saatdan artıq bir vaxt bölümünü əhatə etsə də, yalnız tam ay tutulmasında müşahidə olunan "Qanlı Ay"ı saat 21:30-22:52 aralığında izləmək mümkün olacaq.

Tam tutulma zamanı Yerin atmosferindən keçən qırmızı dalğa uzunluqlu şüalar Ayın səthinə çatdığından o qırmızımtıl çalarda görünəcək.