Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

Süleyman Mikayılov növbəti qəbul keçirdi - Fotolar

05 sen 2025, 17:39
Süleyman Mikayılov növbəti qəbul keçirdi - Fotolar

Sentyabrın 5-də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Ələt qəsəbəsində sakinlərlə növbəti səyyar görüşü keçirilib.

Liderxeber.az xəbər verir ki, görüşdə Ələt qəsəbəsinin müxtəlif küçə və məhəllələrində yaşayan sakinlərlə yanaşı, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri də iştirak ediblər.

Bu, sakinlərin qaldırdığı məsələlərin operativ şəkildə müzakirəsi və həlli üçün əlverişli şərait yaradıb.

Səyyar qəbulda ümumilikdə 70-ə yaxın qəsəbə sakini iştirak edib. Onlardan 11 nəfəri fərdi qaydada Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən dinlənilib. Sakinlərin müraciətləri əsasən qəsəbənin kommunal təsərrüfatı, infrastruktur problemləri, məşğulluq və sosial məsələlər, həmçinin məişət xarakterli müraciətlərlə bağlı olub.

Qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə müzakirələr aparılıb, bəzi müraciətlər dərhal həllini tapıb. Digər məsələlərin icrası ilə bağlı isə müvafiq qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib. Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, hər bir müraciət diqqətlə araşdırılacaq və onların həlli istiqamətində zəruri tədbirlər görüləcəkdir.

Qeyd edək ki, S.Mikayılov tərəfindən mütəmadi olaraq müxtəlif qəsəbə və yaşayış məntəqələrində sakinlərlə səyyar görüşlər keçirilir. Bu görüşlərin əsas məqsədi əhalinin problemlərinin yerində öyrənilməsi, onların həllinə operativ yanaşma və sakinlərlə dövlət qurumları arasında birbaşa ünsiyyətin təmin olunmasıdır.