Son Xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi
ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda
Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən DOST Mərkəzində
Azərbaycan Portuqaliyanın Lissabon şəhərində səfirlik açacaq. Liderxeber.az
İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya

Ağstafada yüksək bal toplayan tələbələrlə görüş - Fotolar

05 sen 2025, 17:05
Ağstafada yüksək bal toplayan tələbələrlə görüş - Fotolar

Ağstafada ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərlə görüş keçirilib.

Liderxeber.az xəbər verir ki, görüş Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə Təhsil sektoru, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

RİH başçısı qeyd edib ki, qalib ölkəmizin qüdrətli gələcəyinə hesblanmış, milli mənafelər üzərindən qurulan Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Dövlətimizin təhsil strategiyasının kökündə milli-mənəvi dəyərlərin qorunması, xalqın tarixi, mədəniyyəti, cəmiyyətimizin uğurlu gələcəyi, ölkəmizin davamlı və dayanıqlı inkişafı dayanır. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xüsusilə uğurlu iqtisadi, siyasi, hərbi-müdafiə quruculuğu, eləcə də uğurlu təhsil və gənclər siyasətinin nəticəsində mümkün olub.

Tədbirdə çıxış edənlər – Ağstafa rayon prokuroru Anar Cəfərov, Ağstafa rayon Təhsil sektorunun müdiri Mədəd Zeynalov, mədəniyyət nümayəndəsi Oruc Mansurov, 682, 677 və 666 bal toplayan tələbələr, Aysel Tağıyeva, Nəsrin Cəfərli və Leyla İzzətova ölkəmizin təhsil sahəsinə göstərilən yüksək dövlət qayğısından geniş bəhs ediblər.

Bu tədris ilində yüksək nəticələrlə ali təhsil müəssisələrinə qəbul olan məzunlar və fəaliyyətlərində fərqlənən müəllimlər Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları və hədiyyələrlə təltif olunublar.

Görüşün bədii hissəsində yeniyetmə və gənclərin təqdim etdikləri konsert proqramı rəğbətlə qarşılanıb.