Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

“Yoldakı bu qazıntıya görə 40 dəqiqə tıxacda qalmışıq” - Fotolar

05 sen 2025, 15:05
“Yoldakı bu qazıntıya görə 40 dəqiqə tıxacda qalmışıq” - Fotolar

Bakının Nərimanov rayonu, Xətai prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsindəki yolda görülən qazıntı işləri hərəkətə ciddi maneə yaradıb.

Bu barədə Liderxeber.az-a sürücülər müraciət edib. 

Onlar bildirib ki, sözügedən ərazidəki qazıntı işləri uzun tıxaclara səbəb olur: “Onsuz da Bakının yolları hər gün tıxaclıdır. Qazıntılar, yol təmirləri vəziyyəti daha da pisləşdirir. Bu nə qazıntı işidir, bilmirik, məlumatımız yoxdur. Ancaq sürücülərin hərəkətinə problem yaradır, dünən təkcə həmin yolda 40 dəqiqə dayanmışıq. 40 dəqiqə yolda qalmaq nə deməkdir?!

Üstəlik, qazıntı işləri təkcə sürücüləri deyil, piyadaları da narahat edir. Çünki asfalt işıqfor olan yerdə dağılıb, vətəndaşlar yola keçəndə toz-torpağın içindən hərəkət edirlər”.

Məsələ ilə bağlı müvafiq olaraq “Azəriqaz” İB-nə də sorğu ünvanlamışıq.