Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

“İçərişəhər” Qoruğu İT sistemlərini qismən “Hökumət buludu”na köçürdü

05 sen 2025, 10:55
“İçərişəhər” Qoruğu İT sistemlərini qismən “Hökumət buludu”na köçürdü

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Prezidentinin 718 nömrəli Fərmanının icrası davam etdirilir.

Liderxeber.az xəbər verir ki, Fərmanın tələblərinə uyğun olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb.

İdarə informasiya sistemləri və ehtiyatlarını qismən “AzInTelecom” MMC-yə məxsus Bakı Əsas Data Mərkəzinə yerləşdirib.

“AzInTelecom” tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi isə Virtual server – IaaS (Infrastructure-as-a-Service) xidməti ilə təmin edilib.

Bununla da qurum öz kritik sistemləri üçün daha dayanıqlı və əlçatan İT infrastrukturu əldə edib.

“Hökumət buludu” haqqında

“Hökumət buludu” layihəsi AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən icra edilir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin Bakı Əsas və Yevlax Ehtiyat data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların İT xərcləri azalır, informasiya sistemləri ölkə daxilində – vahid mərkəzdə saxlanılır. Təkmilləşdirilmiş informasiya təhlükəsizliyinə və 24/7 rejimində monitorinq xidmətinə nail olunur.