Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

"Rebuild Karabakh 2025" sərgisində sahibkarlar üçün ödənişsiz stend təklif edilir

04 sen 2025, 15:46
"Rebuild Karabakh 2025" sərgisində sahibkarlar üçün ödənişsiz stend təklif edilir

14-16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi ("Rebuild Karabakh 2025") keçiriləcək.

Liderxeber.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılmasına, satış imkanlarının genişləndirilməsinə və yeni biznes əlaqələri qurmasına dəstək məqsədilə bu il də sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) xüsusi stendlə təmsil olunacaq.

Məhsul və xidmətlərini ödənişsiz olaraq KOBİA-nın stendində sərgiləmək istəyən və fəaliyyət istiqaməti sərginin mövzusuna uyğun gələn KOB subyektləri 1 oktyabr 2025-ci il tarixinədək müvafiq formanı dolduraraq agentliyə müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (Qeyd: "İştirak etmək istədiyiniz tədbir" bölümündə "Rebuild Karabakh 2025" qeyd olunmalıdır).

Qeyd edək ki, "Rebuild Karabakh" sərgisi bu il öz yubileyini qeyd edəcək. Builki sərgi informasiya texnologiyaları, investisiyalar, ekologiya, alternativ enerji, inşaat, kənd təsərrüfatı, qida sənayesi, kimya, mədən sənayesi, nəqliyyat, yol tikintisi və infastrukturu kimi bölmələrdən ibarət olacaq.