Son Xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi
ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda
Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən DOST Mərkəzində
Azərbaycan Portuqaliyanın Lissabon şəhərində səfirlik açacaq. Liderxeber.az
İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya

"TələbəPlus" kartı ilə bağlı YENİLİK! Kolleclərə də veriləcək - RƏSMİ

03 sen 2025, 14:35
"TələbəPlus" kartı ilə bağlı YENİLİK! Kolleclərə də veriləcək - RƏSMİ

Yeni tədris ilindən etibarən tələbələr üçün çoxfunksiyalı "TələbəPlus" kartı əlavə üstünlüklərlə istifadəyə veriləcək. Bu kart universitetə giriş-çıxış imkanı, təqaüd və debet kart funksiyasını yerinə yetirməklə yanaşı, tələbələrə endirim və keşbek imkanları da təqdim edir.

Liderxeber.az Təhsilin İnkişafı Fondunun mətbuat katibi Könül Abdulrəşidova açıqlamasında bildirib ki, layihəyə 350-dən çox yerli və xarici partnyor qoşulub. Kart sahibləri tədris müəssisələri, restoran, kafe, geyim, kitab və dəftərxana mağazaları, tibb müəssisələri, əyləncə məkanlarında müəyyən güzəştlərdən yararlana bilərlər.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə razılaşmaya əsasən, muzey, qalereya və sərgi salonlarında da tələbələr üçün xüsusi endirimlər nəzərdə tutulub. Habelə, 7 teatrda biletlərə 20% endirim tətbiq olunur.

Yeni tədris ilindən etibarən kartın əhatə dairəsinin genişləndirilməsi, həmçinin kollec və peşə təhsili pilləsində təhsil alan tələbələri də əhatə etməsi planlaşdırılır. Layihəyə qoşulma prosesi universitetlərin təşəbbüsü və texniki imkanları nəzərə alınmaqla davam etdiriləcək, yeni təhsil müəssisələrinin cəlb olunması gözlənilir. Məqsəd ölkə üzrə bütün ali təhsil müəssisələrində vahid tələbə kartının istifadəsini təmin etməkdir.