Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

Təbiətin səssiz nəğməsi - Kəlbəcər

02 sen 2025, 11:22
Təbiətin səssiz nəğməsi - Kəlbəcər

Kəlbəcər rayonu Azərbaycanın ən füsunkar və təbiigözəlliklərlə zəngin bölgələrindən biridir. Bu ərazi təkcəmənzərəli dağ silsilələri ilə deyil, həm də nadir flora vəfauna növləri, şəfalı mineral suları və bulaqları ilə seçilir. Bu yerlərin həm ekoloji, həm də turizm potensialıbaxımından mühüm əhəmiyyəti vardır.

Liderxeber.az xəbər verir ki, iyirmi yeddi ildən artıq müddətdə işğal altında qalan Kəlbəcər 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və müdrik siyasəti, qəhrəman ordumuzun rəşadəti sayəsində bir güllə atılmadan azad edildi.

İndi bu dağlarda, meşələrdə yalnız təbiətin səsi, pıçıltısı deyil, sakinlərinin də səsi əks-səda verir. Kəlbəcər artıq öz daimi sakinlərini qəbul edir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində hazırlanmış, Kəlbəcər rayonunun təbiət mənzərələrini əks etdirən videoçarxı şərhsiz təqdim edirik: