Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

“Ehsan verilmir deyə yasa az adam gəlir” - Molla gileyləndi

02 sen 2025, 10:20
“Ehsan verilmir deyə yasa az adam gəlir” - Molla gileyləndi

Samuxun Çobanabdallı kəndində molla videomüraciət çəkərək insanların yasa az gəlməsindən gileylənib və bunun ehsan verilməməsi ilə bağlı olduğunu iddia edib.

Liderxeber.az-ın məlumatına əsasən, “Xəzər TV”yə danışan molla deyib ki, videonu ev yiyəsinə dəstək niyyəti ilə çəkib.

“Videonu çəkdim ki, gəlin yasda iştirak edin. Halva yeməsəniz belə çay süfrəsində oturun, ev yiyəsinə dəstək olun ki, tək qalmasın”, - molla qeyd edib.

Kənd sakinləri isə qeyd edib ki, yaslarda yemək verilməməsinin ləğvi insanların öz təşəbbüsü əsasında baş tutub və çoxluq tərəfindən müsbət qarşılanır. Yas məclislərinə nə qədər adamın qatılması isə mərasimin sahibinin özünün bənzər məclislərdə necə işitrak etməsindən asılı ola bilir.