Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

Dərslər “Formula1”ə görə sentyabrın 21-i başlayacaq?

01 sen 2025, 14:04
Dərslər “Formula1”ə görə sentyabrın 21-i başlayacaq?

“Formula 1” yarışları ilə əlaqədar məktəblərdə tədrisin sentyabrın 21-dən etibarən başlayacağı ilə bağlı fikirlər səsləndirilir. 

Liderxeber.az “Azərbaycan müəllimi” qəzetinə istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyindən  bildirilib ki, 2025-2026-cı tədris ilinin başlamasına təsadüf edən "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar tədris prosesinin başlama tarixinin dəyişdirilməsinə dair yayılmış məlumat həqiqəti əks etdirmir.

“Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur. Əlavə olaraq bildiririk ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən təhsil müəssisələri ilə bağlı “Formula 1” Azərbaycan Qran-prisi dövründə müəyyən məhdudiyyətlərin tətbiqinə dair qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək”, - məlumatda qeyd olunub.