Son Xəbərlər
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
banner

Bakıda keçirilən I Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu işini yekunlaşdırıb

05 iyn 2023, 23:45
Bakıda keçirilən I Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu işini yekunlaşdırıb

Bakıda ilk dəfə keçirilən I Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu işini yekunlaşdırıb. Forum 31 may-2 iyun tarixlərində Azərbaycanda baş tutan 20-ci Yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi çərçivəsində keçirilib.

LiderXəbər xəbər verir ki, tədbirdə Azərbaycanın dövlət qurumları ilə yanaşı, bir çox qlobal təşkilatlar, müxtəlif ölkələrin nəqliyyat-ekspedisiya assosiasiyaları, xarici və yerli nəqliyyat sektorunun mütəxəssisləri bir araya gəlib. Forum nəqliyyat sektorunun həm yerli, həm də beynəlxalq oyunçuları arasında məlumat və təcrübə mübadiləsinin aparılması, eləcə də mövcud biznes əlaqələrinin daha da genişləndirilməsinə imkan yaradır.

Forumda çıxış edən Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının prezidenti Həbib Həsənov Azərbaycanın beynəlxalq logistika marşurutlarını birləşdirərək haba çevrilməsi, tranzit perespektivləri, logistika məsrəflərinin optimallaşdırılması kimi məsələlərə toxunub. Qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev beynəlxalq inteqrasiya prosesində olduqca vacib olan transmilli yükdaşımaya, nəqliyyat dəhlizlərinin yaradılması prosesinə xüsusi önəm verir. ABADA-nın keçdiyi yola nəzər salan H. Həsənov 1993-cü ildən Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqına (İRU) üzv qəbul edildiklərini, Qara Dəniz İqtisadi Əmməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrinin Assosiasiyaları Konfederasiyasiyası (BSEQ-URTA), Türkiyə Odalar və Borsalar Birliyi (TOBB), TRACECA, Türkiyə Respublikasının, Rusiya Federasiyasının, Gürcüstanın və Belarus Respublikası daxil olmaqla onlarla ölkənin beynəlxalq avtomobil daşıyıcıları Assosiasiyaları ilə əməkdaşlıq etdiklərini diqqətə çatdırıb. Qurum rəhbəri 1997-ci ildən ABADA-nın Azərbaycan avtodaşıyıcılarının Beynəlxalq Yük Daşımalarında BYD kitabçası üzrə təminat orqanı təyin edilməsini və “Beynəlxalq Yük Daşımaları Kitabçasının (Karnet-TIR) tətbiqi ilə beynəlxalq yük daşımaları haqqında” Gömrük Konvensiyasının şərtlərini səlahiyyətləri çərçivəsində ölkəmizin ərazisində yerinə yetirilməsini təmin etməklə və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) üzvü olaraq, avtodaşıyıcıları TIR kitabçası ilə təmin etməsini də Forum iştirakçılarına bildirib.

Sonda Birlik prezidenti ABADA-nın Azərbaycan və Xəzər dənizi regionunda nəqliyyat və logistikanın inkişafı üçün hazırlanan ləyihələrin həyata keçirilməsi istiqamətində təqdim edilən bütün təşəbbüsləri dəstəklədiklərini dilə gətirib.