Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

Coca-Cola Fondunun tərəfdaşlığı ilə proqram təqdim olunub

29 avq 2025, 12:00
Coca-Cola Fondunun tərəfdaşlığı ilə proqram təqdim olunub

Coca-Cola Fondunun dəstəyi ilə “EcoHub” ekoloji platforması “PACT – Dairəvi Gələcək üçün Tərəfdaşlıq” proqramının təqdimat mərasimini keçirib. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də tərəfdaşı olduğu proqram plastik tullantıların toplanması və təkrar emalı sahəsində fəaliyyət göstərən təşəbbüsləri dəstəkləmək, tərəfdaşlıqları genişləndirməklə ölkədə dayanıqlı tullantı idarəçiliyini gücləndirmək və dairəvi iqtisadiyyatı təşviq etmək məqsədi daşıyır. 
 
Tədbirin açılışında “Coca-Cola Bottlers” MMC-nin direktoru Rəna Məmmədova çıxış edərək tullantıların toplanması və çeşidlənməsi üçün dövlət qurumları, gənclər təşkilatlar və şirkətlərlə əməkdaşlıq etdiklərini və bu əməkdaşlığın daha təmiz dünya üçün önəmini vurğulayıb. 
 
Daha sonra “EcoHub” platformasının rəhbəri Tükəzban Ağababayeva PACT proqramını təqdim edərək proqramının əsas istiqamətinin plastik tullantıların toplanılmasında yeni rəqəmsal texnologiyaların istifadəsinin nəzərdə tutulduğunu bildirib. 
 
Təqdimat çərçivəsində EcoApp tətbiqi də istifadəyə verilib. 
 
Ümumilikdə 300 ton plastik tullantı toplamaq hədəfi olan proqram Azərbaycan da daxil olmaqla 5 ölkədə (Türkiyə, Azərbaycan, Səudiyə Ərəbistanı, Qazaxıstan, Özbəkistan ) həyata keçirilir və Qlobal Ətraf Mühit və Texnologiyalar Fondu tərəfindən dəstəklənir. 
 
Qeyd edək ki, Coca-Cola Fondunun missiyası Coca-Cola Şirkətinin fəaliyyət göstərdiyi ölkələr üzrə icmalarda fərq yaratmaqdır. 1984-cü ildə təsis edildiyi gündən bəri Coca-Cola Fondu bütün dünyada icmaları gücləndirmək missiyasına xidmət edir. 
 
1
1
1
1
1
facebook sharing button
whatsapp sharing button