Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

Sərnişin tələbatı nəzərə alınaraq Zaqatala istiqamətində reyslərin sayı artırıldı

29 avq 2025, 11:10
Sərnişin tələbatı nəzərə alınaraq Zaqatala istiqamətində reyslərin sayı artırıldı

"BakuBus" MMC əhatə dairəsini genişləndirərək artıq şəhərlərarası istiqamətlərdə də sərnişinlərə keyfiyyətli və rahat ictimai nəqliyyat xidməti təqdim edir.

Liderxeber.az xəbər verir ki, Bakı-Zaqatala-Bakı istiqamətinə ilk reys ötən ilin dekabr ayında istifadəyə verilib və bu xidmət sərnişinlər tərəfindən böyük maraqla qarşılanıb.

Sərnişinlərin rahatlığının təmin olunması və artan tələbatın qarşılanması məqsədilə Bakı-Zaqatala-Bakı istiqamətində reyslərin sayı artırılıb. Yenilənmiş qrafik sərnişinlər üçün daha əlverişli seçim imkanı yaradır və gediş-gəlişin daha rahat şəkildə təşkil olunmasına xidmət edir.

Bakıdan Zaqatala istiqamətində reyslər saat 11:00, 13:30 və 14:30-da, Zaqataladan Bakı istiqamətində isə 09:40, 12:00 və 13:30-da həyata keçirilir. Əlavə reyslər sərnişinlərin rahat və təhlükəsiz səfərlərinin planlaşdırılmasına şərait yaradır.