Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

Azərbaycanda telekommunikasiya sahəsində yeni dövlət standartları qəbul edilib

28 avq 2025, 14:02
Azərbaycanda telekommunikasiya sahəsində yeni dövlət standartları qəbul edilib

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) telekommunikasiya sahəsində yeni dövlət standartları qəbul edib.

Liderxber.az xəbər verir ki, bu barədə AZSTAND məlumat yayıb.

Bildirilib ki, bunlar, AZS ITU-T L.1330:2025 - "Telekommunikasiya şəbəkələri üçün enerji səmərəliliyinin ölçülməsi və göstəriciləri", o cümlədən AZS ITU-T G 827:2025 "Beynəlxalq başdan sona sabit bit sürətinə malik rəqəmsal ötürmə xətlərinin səmərəlilik parametrləri və tələbləri" dövlət standartlarıdır.

Bu standartlar mobil və stasionar şəbəkələrdə avadanlıqların enerji istehlak göstəricilərinin müəyyən olunması, müqayisəsi, optimallaşdırılması üçün texniki əsas və ötürmə xətlərinin parametrlərini təmin edir. Beləliklə, sözügedən dövlət standartlarının tətbiqi rabitə operatorlarına enerji istehlakını səmərəli idarə etmək, istismar xərclərini azaltmaq, ətraf mühitə mənfi təsirləri minimuma endirmək imkanı yaradacaq.

Yeni dövlət standartlarını "İnformasiya-kommunikasiya texnologiyaları" sahələrinin standartlaşdırılması üzrə (AZSTAND/TK 05) Texniki Komitə konsensus əsasında qəbul edərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.