Son Xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi
ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda
Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən DOST Mərkəzində
Azərbaycan Portuqaliyanın Lissabon şəhərində səfirlik açacaq. Liderxeber.az
İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya

Fərhad Əhmədova məxsus şirkətlərin rəhbərlərinə “stop” qoyuldu

27 avq 2025, 15:14
Fərhad Əhmədova məxsus şirkətlərin rəhbərlərinə “stop” qoyuldu

Azərbaycan əsilli iş adamı Fərhad Əhmədova məxsus, atası Teymur Əhmədovun adını daşıyan “Aznar” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) külli miqdarda vergi borcu yaranıb. 

Liderxeber.az xəbər verir ki, şirkətin Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə 373.070,78 AZN vergi borcu var.

Nizamnamə kapitalı 150 milyon manata yaxın olan “Aznar” QSC-nin qanuni təmsilçisi Abbasov Bəylər Rəşid oğlunun bu borca görə ölkədən çıxışına məhdudiyyət qoyulub. 

“Aznar” QSC-nin tabeçiliyində fəaliyyət göstərən “AzNar Ferma” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi Hacıyev Mehman Vaqif oğlunun da ölkədən çıxışı məhdudlaşdırılıb. “Aznar Ferma”nın 2940,02 manat borcu var.

1979-cu il təvəllüdlü Mehman Hacıyev “MEGAMIX ASIA” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) də qanuni təmsilçisidir. 

Xatıradaq ki, bir neçə il əvvəl “Aznar” QSC-nin “Grante Trading” filialının baş direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulmuşdu. Həmin şirkətin də hazırda 61975.97 AZN vergi borcu var.

Qeyd edək ki, bir müddət əvvəl Fərhad Əhmədova məxsus xidməti avtomobil və onun şirkətinin qeydiyyatında olan milyonluq avtomobillərə də həbs qoyulub.