Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

TƏBİB-də daha 2 yeni təyinat - Fotolar

26 avq 2025, 16:34
TƏBİB-də daha 2 yeni təyinat - Fotolar

Bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavini təyin olunub.

Liderxeber.az xəbər verir ki, təyinatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun müvafiq təqdimatı əsasında həyata keçirilib.

Belə ki, Zahir Əliyev Göyçay Rayon Mərkəzi Xəstəxanasına direktor, Talıb Məmmədov isə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Cənub regional təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə direktor müavini təyin olunub. 

Göyçay Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru Z.Əliyev ixtisasca pediatrdır, yeni təyinatınadək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müəssisəsində baş həkim vəzifəsində çalışıb.

T.Məmmədov isə buna qədər Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru kimi fəaliyyət göstərib.

Xatırladaq ki, bir müddət öncə yeni təyinatlar gerçəkləşib. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor Oktay Əmənullayev, Astara Rayon Mərkəzi Xəstəxanasına isə Bahadır Əhmədov təyinat alıb.