Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

Tofiq Xanəliyevə cinayət işi açıldı

26 avq 2025, 13:17
Tofiq Xanəliyevə cinayət işi açıldı

“Gənclik” Könüllü Tələbə İdman Cəmiyyəti İctimai Birliyinin sabiq sədri, “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” Tofiq Xanəliyev barəsində cinayət işi başlanıb.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, T.Xanəliyev 70 min manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunur. Sözügedən cəmiyyətin əsas məqsədi tələbə və gənclər arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişafına dəstək vermək olub. Təqsirləndirilən şəxs idman tədbirləri və yarışlar üçün ayrılmış pulları şəxsi mənafeyinə sərf edib.

O, Baş Prokuror yanında Korrupsiyaya qarı Mübarizə Baş İdarəsi tərəfindən istintaqa cəlb edilib və barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Mənimsəmə cinayətində istintaq orqanının əsas məqsədi dəymiş ziyanın ödənilməsidir. Bu işlə bağlı da 70 min manatlıq ziyanın 40 mini ibtidai istintaq vaxtı ödətdirilib. 

64 yaşlı sabiq sədr hazırda həbsdə deyil. Onun barəsində məhkəməyə qədər “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Verilmiş ittihamın sanksiya həddində 10 ilə kimi həbs cəzası nəzərdə tutulur. Lakin ziyanın tam ödənilməsi yumşaldıcı hal hesab edilir.

Cinayət işi yaxında Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq.